logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Sədaqət Vəliyeva: “Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək”

Sədaqət Vəliyeva: “Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək”

Deputat Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli şərtlərini Azərbaycan diktə edir. Deputat hesab edir ki, məcburi köçkünlərin geri qayıtması demoqrafik balansı dəyişəcək və belə olan halda Ermənistanın Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək iddiaları qüvvədən düşmüş olacaq. 

“Fakt Yoxla” Sədaqət Vəliyevanın demoqrafik balansın Azərbaycanın xeyrinə dəyişəcəyinə dair iddiasının doğru olub-olmadığını araşdırıb.

Azərbaycan ərazisində demoqrafik balansın etnik ermənilərin xeyrinə olduğu yeganə bölgə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) olub. İşğaldan əvvəl və hazırda Dağlıq Qarabağa bitişik rayonlarda azərbaycanlılar sayca üstünlük təşkil ediblər. 

SSRİ-də əhalinin ilk ümumi siyahıya alınması 1926-cı ildə həyata keçirilib. Həmin siyahıya alınmaya əsasən, vilayətdə yaşayan 125 159 nəfərin 111 694-u (89%) etnik erməni, 12 592-u (10%) isə azərbaycanlı olub.

DQMV-nın statusu 1991-ci il noyabrın 26-da ləğv edilib. Həmin vaxtadək Əsgəran, Hadrut, Ağdərə, Xocavənd, Şuşa rayonlarından ibarət vilayət əhalisinin etnik nisbəti SSRİ-nin 1989-cu il siyahıya almasına görə Şuşa rayonu (92,5 % azərbaycanlı) istisna olmaqla ermənilərin xeyrinə olub. 

Belə ki, Dağlıq Qarabağda yaşayan 189 095 nəfər əhalinin 145 450-ni ermənilər (76,91%), 40 688 nəfərini azərbaycanlılar (21,51%), yerdə qalan 2 957 nəfərini isə digər etnik mənsubiyyətli xalqlar təşkil edib.

66 il ərzində keçmiş DQMV ərazisində azərbaycanlı əhali artaraq 21,51%, erməni əhali isə faiz nisbətində azalaraq bölgədəki əhalinin 76.91%-ni təşkil edib.

Dağlıq Qarabağ üzrə demoqrafik balans

İl Əhalinin ümumi sayı(nəfər) Dağlıq Qarabağ faiz

Azəraycan

faiz

1926 125.159 89% 10%
1989 189.95 76.91% 21.51%
2019 215.000 70% 30%

Qeyd: 2019-cu il üzrə ststistik məlumatlar yalnız DQ-ın inzbati ərazi vahidləri üzrə qeydiyyatda olan azərbaycanlı və etnik ermənilərin sayını göstərir.

Hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sayının ən azı 65 min olduğu bildirilir. Dağlıq Qarabağda yaşayan erməni əhalinin sayı isə müvafiq olaraq 150 000 civarındadır. Bu bölgə üzrə inzibati ərazi vahidlərində qeydiyyatda olan etnik azərbaycanlılarla ermənilərin nisbəti 30% : 60% olmaqla ermənilərin xeyrinədir. 

Hazırda Azərbaycan vaxtilə keçmiş DQMV-nin tərkibində olmuş bəzi ərazilərə nəzarət edir. Bu ərazilərə Goranboy rayonunun cənub bölgəsi, Tərtər rayonunun cənub-qərb bölgəsi, Xocavənd rayonunun şimal-qərb bölgəsi xaric əhəmiyyətli bir qismi, eləcə də Şuşa rayonunun bir hissəsi daxildir. 

Rusiyanın Müdafiə Nazirliyinin (Rusiya MN) dekabın 21-də sülhməramlı əməliyyat bölgəsindəki mövcud vəziyyətlə bağlı paylaşdığı xəritədə separatçı rejimin keçmiş DQMV-yə aid olan torpaqların təqribən 70%-də varlığını davam etdirdiyinin şahidi oluruq. 

Bu, əsasən etnik ermənilərin çoxluq təşkil etdiyi rayonların əraziləridir. Rusiya MN-ın paylaşdığı məlumatda həmçinin qeyd olunur ki, noyabrın 14-dən dekabrın 20-dək 42 367 erməni qaçqın Dağlıq Qarabağa geri qayıdıb. Onların İkinci Qarabağ Müharibəsi zamanı Ermənistana köç etdiyi iddia olunur.

Xəritə Rusiya MN-nın saytından götürülüb.

44 gün davam edən müharibəyədən sonra imzalanan atəşkəş bəyanatının 7-ci bəndinə əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır.

Amma qaçqın və məcburi köçkünlərin ərazilərə hansı şərtlər altında və hansı illərdə mövcud olan etnik nisbət əsasında, nə vaxt qaytarılacağı sənəddə öz əksini tapmayıb.

Amma deputatın açıqlaması gələcəyə yönəlik, münaqişənin həlli tarixi isə açıq olduğundan “Fakt Yoxla” iddianı qiymətləndirməkdə qərarsız qalıb.

“AZƏRTAC”, Deputat: Azərbaycan ermənilərin “böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” xülyalarını birdəfəlik dəfn etdi

“azerbaijan.az”, Azәrbaycan Sovetlәri Mәrkәzi İcraiyyә Komitәsinin Dağlıq Qarabağ Muxtar Vilayәtinin yaradılması haqqıda 7 iyul 1923-cü il tarixli Dekreti

“demoscope.ru”, Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР

“e-qanun.az”, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

“mia.gov.az”, Последствия военной агрессии Армении против Азербайджанской Республики

“demoscope.ru”, Всесоюзная перепись населения 1989 года. Распределение городского и сельского населения областей республик СССР по полу и национальности

“drugoivzgliad.com”, Андрей Зубов. Карабах: Мир и Война

“ru.armeniasputnik.am”, За сутки 540 беженцев вернулись в Нагорный Карабах

“mil.ru”, Обстановка в районе проведения мипотворческой операции

“president.az”, İlham Əliyev xalqa müraciət edib

“karabakh.az”, Ümumi məlumat

“İnternational Crisis Group`s Europe Report N°255”, Digging out of Deadlock in Nagorno-Karabakh

“stat.gov.az”, Population by sex and age group

“worldometers.info”, Armenian Population

Qərarsız
  • 31 Dekabr, 2020
  • 3193

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə