logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputatın yanlış iddiası: Çin əhalisinin sayına görə dünyada birinci yerdədir

Deputatın yanlış iddiası: Çin əhalisinin sayına görə dünyada birinci yerdədir

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə “olke.az” saytına açıqlamasında deyib ki, Çin əhali sayına görə dünyada 1-ci, iqtisadiyyatın həcminə görə 2-ci yerdədir.

- Çin uzun illər əhali sayına görə dünyada birinci yerdə olsa da, son onilliklərdə əhalinin artım tempi azalıb və 2021-ci ildən etibarən Çində əhalinin sayı da azalmağa başlayıb. 2023-cü ildə Hindistanın əhali sayı Çini ötüb və həmin ildən etibarən əhali sayına görə 1-ci olub. 2025-ci ilə olan statistikalara görə, Hindistan əhalisi təxminən 1 milyard 463 milyon, Çin əhalisi isə təxminən 1 milyard 416 milyon nəfərdir. 

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə “olke.az” saytına açıqlamasında deyib ki, Çin əhali sayına görə dünyada 1-ci, iqtisadiyyatın həcminə görə 2-ci yerdədir. O bu iddianı hökumətin uğurlu xarici siyasəti və Çinlə münasibətləri ilə bağlı danışarkən bildirib. 

"Fakt Yoxla" Çinin əhali sayına görə dünyada birinci olub-olmadığını yoxlayıb.

Çin uzun illər əhali sayına görə dünyada birinci yerdə olsa da, son onilliklərdə əhalinin artım tempi azalıb və 2021-ci ildən etibarən Çində əhalinin sayı da azalmağa başlayıb. 2023-cü ildə Hindistanın əhali sayı Çini ötüb və həmin ildən etibarən əhali sayına görə 1-ci olub. 2025-ci ilə olan statistikalara görə, Hindistan əhalisi təxminən 1 milyard 463 milyon, Çin əhalisi isə təxminən 1 milyard 416 milyon nəfərdir:

Mənbə: Statista

Beləliklə, 2023-cü ildən etibarən Çin əhalinin sayına görə liderliyi Hindistana verib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Əlibala Məhərrəmzadənin iddiası yanlışdır.

Yanlış
  • 25 Sentyabr, 2025
  • 50

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə