logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Saxta xəbər: Foto uşaqların Şəkidə ibadət etməsini əks etdirmir

Saxta xəbər: Foto uşaqların Şəkidə ibadət etməsini əks etdirmir

Xəbərin qısa icmalı

Sosial şəbəkələrdə onlarla azyaşlı uşağın məsciddə birlikdə namaz qılmasını əks etdirən fotoşəkil yayılıb. İddialara görə, foto Şəkidə çəkilib.

- İnternetdə apardığımız axtarış nəticəsində fotoşəkilin ilkin mənbəsini müəyyənləşdirmək mümkün olmasa da, görüntülərin ən azı 8 il əvvəl – 2017-ci ildə sosial şəbəkələrdə paylaşıldığı aydın olur.

- Eyni məzmunlu fotoşəkil 2024-cü ildə Türkiyədə yerləşən Mahir Okulları adlı məktəbin İstanbulda “Maltepe İmamet Hitabet Vakfı”nda təşkil etdiyi yay məktəbi zamanı da çəkilib. Şəkilləri müqayisə etdikdə uşaqların cəm halında namaz qılmasını əks etdirən hər iki görüntünün eyni məkanda lentə alındığı aydın görünür.

Sosial şəbəkələrdə onlarla azyaşlı uşağın məsciddə birlikdə namaz qılmasını əks etdirən fotoşəkil yayılıb. İddialara görə, foto Şəkidə çəkilib. Sosial şəbəkələrdə birmənalı qarşılanmayan görüntüləri bəzi şəxslər təqdirəlayiq hal kimi qiymətləndirsələr də, digərləri qınağa məruz qoyub.

“Fakt Yoxla” fotonun doğrudan da Şəkidə çəkilib-çəkilmədiyini araşdırıb.

“Türk İslam Birliyi” adlı facebook hesabının paylaşımına 900-ə yaxın insan münasibət bildirib. Bir sıra digər sosial media hesabları (1; 2; 3) da bu fotonun Şəkidə çəkildiyini iddia edib. 

 

Skrinşot “Türk İslam Birliyi” adlı “facebook” hesabından götürülmüşdür

İnternetdə apardığımız axtarış nəticəsində fotoşəkilin ilkin mənbəsini müəyyənləşdirmək mümkün olmasa da, görüntülərin ən azı 8 il əvvəl – 2017-ci ildə sosial şəbəkələrdə paylaşıldığı aydın olur.

Skrinşot “Bismillah Her Hayrın Başıdır” adlı “facebook” hesabından götürülüb

Araşdırmanın nəticəsində o da məlum oldu ki, eyni məzmunlu fotoşəkil 2024-cü ildə Türkiyədə yerləşən Mahir Okulları adlı məktəbin İstanbulda “Maltepe İmamet Hitabet Vakfı”nda təşkil etdiyi yay məktəbi zamanı da çəkilib. Şəkilləri müqayisə etdikdə uşaqlarım cəm halında namaz qılmasını əks etdirən hər iki görüntünün eyni məkanda lentə alındığı aydın görünür. 

Skrinşot “mahirokulları” adlı “instagram” hesabından götürülüb

2022-ci ildə “Maltepe İmamet Hitabet Vakfı”nda qeydə alınan digər görüntüdə də məkanın tamamilə eyni olduğu aydın görünür.

Skrinşot “mahirokulları” adlı “instagram” hesabından götürülüb

Bu da Şəkidə çəkildiyi iddia olunan fotonun əslində həmin yay məktəblərindən birində çəkildiyini göstərir.

“Maltepe İmamet Hitabet Vakfı” adlı birliyə bağlı olan məktəbin sosial media paylaşımına əsasən, yay məktəbi artıq 13-cü ildir ki, təşkil olunur və proqram çərçivəsində namaz kimi dini fəaliyyətlər də yer alır.

Beləliklə, aydın olur ki, Şəkidə çəkildiyi iddia olunan görüntülər əslində İstanbulda lentə alınıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Şəkidə çəkildiyi iddia olunan fotoşəkil saxtadır.

 

Facebook, “Bismillah Her Hayrın Başıdır

Facebook, “Türk İslam Birliyi

Facebook, “News24 TV

TikTok, “inanillahtv

Instagram, “mahirokulları

Youtube, “Biz_tv 

Saxta xəbər
  • 16 Oktyabr, 2025
  • 921

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə