logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Rusiyalı tələbələri Avropadakı universitetlərdən qovurlar?

Rusiyalı tələbələri Avropadakı universitetlərdən qovurlar?

Sosial şəbəkələrdə Avropada təhsil alan rusiyalı tələbələrin universitetlərdən kütləvi şəkildə xaric edilməsi ilə bağlı iddialar yayılıb.

İddia Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova tərəfindən ortaya atılıb və daha sonra sosial şəbəkələrdə tirajlanıb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

İddia ilə bağlı yayılan şaiyələr bir çox qurumları açıqlama verməyə məcbur edib. Belə ki, bəzi Qərb universitetləri və təhsil təşkilatları bu iddianı böhtan adlandırıb və təkzib edib.

48 ölkənin 850 universitetini təmsil edən "Avropa Universitetlər Assosiasiyası" (EUA) rəsmi "Twitter" hesabından məlumatın əsasız olduğunu qeyd edib.

Belçikanın Leuven KU və Fransanın Strasburq Universitetinin rəhbərlikləri də rəsmi hesablarından bu iddiaları təkzib ediblər.

Massaçusets Texnologiya İnstitutu isə bildirib ki, Rusiyanın Skolkova Elm və Texnologiya İnstitutu ilə əlaqələrini kəsəcəklər, lakin hazırda proqrama cəlb edilən tələbələrin akademik işlərini fasiləsiz tamamlamalarına kömək edəcəklər.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, rusiyalı tələbələrin universitetlərdən kütləvi surətdə xaric edilməsi ilə bağlı iddialar anti-Qərb propaqandasıdır.

Propaqanda
  • 30 Mart, 2022
  • 3416

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə