logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Qadının müəmmalı şəkildə gözdən itməsini iddia edən görüntülər saxtadır

Qadının müəmmalı şəkildə gözdən itməsini iddia edən görüntülər saxtadır

Xəbərin qısa icmalı

- Facebookda yayılan videoda bir qadının müəmmalı şəkildə gözdən itdiyi iddia edilir. Videoda zibiltoplayan maşının qarşısından keçən qadın maşın hərəkətə keçdikdən sonra görünmür.

- Videonu Google sosial şəbəkəsində axtarışa verdikdə 2020-ci ilə aid xəbər qarşımıza çıxır. Noticias Chihuahua adlı ispandilli xəbər saytında verilən məlumata görə, hadisə 2020-ci ildə Brazilyanın Alvorada şəhərində baş verib. Tamires Carvalho dos Santos adlı 20 yaşlı tələbə yolu keçərkən zibiltoplayan maşın bundan xəbərsiz şəkildə onun üzərindən keçir və faciəyə səbəb olur.

“Talib Ismayilov” adlı Facebook hesabı paylaşdığı videoda bir qadının müəmmalı şəkildə gözdən itdiyini iddia edib. Videoda zibiltoplayan maşının qarşısından keçən qadın maşın hərəkətə keçdikdən sonra görünmür. Video “Facebook”da 2.2 milyon dəfə izlənilib. 

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Videonu Google sosial şəbəkəsində axtarışa verdikdə 2020-ci ilə aid xəbər qarşımıza çıxır. Noticias Chihuahua adlı ispandilli xəbər saytında verilən məlumata görə, hadisə 2020-ci ildə Brazilyanın Alvorada şəhərində baş verib. Tamires Carvalho dos Santos adlı 20 yaşlı tələbə yolu keçərkən zibiltoplayan maşın bundan xəbərsiz şəkildə onun üzərindən keçir və faciəyə səbəb olur. Təhlükəsizlik kameralarının çəkdiyi görüntülərdə zibiltoplayanların nə baş verdiyini başa düşdükdən sonra yaşadıqları şok əks olunub. Qeyd edək ki, sosial şəbəkənin ispandilli seqmentində geniş yayılan iddiaya daha öncə Publimetro portalı da aydınlıq gətirib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, “Talib Ismayilov” adlı Facebook hesabının sözügedən videodakı qadının müəmmalı şəkildə gözdən itməsinə dair iddiası saxtadır.

Saxta
  • 29 Yanvar, 2024
  • 302

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə