logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Partiya sədri: “Azərbaycanda uşaqlar arasında cinayətkarlığın sayı artıb”.

Partiya sədri: “Azərbaycanda uşaqlar arasında cinayətkarlığın sayı artıb”.

Xəbərin qısa icmalı

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycanda uşaqlar arasında cinayətkarlığın sayı artıb.

2017-ci ildən 2020-ci ilə qədər uşaqlar arasında törədilən cinayət sayları azalmağa doğru gedib. 2020-ci ildə azalma dayanıb və cinayətlərin sayı 1 nəfər artıb. Bundan sonrakı ildə də azalma davam edib. Yalnız 2022-ci ildə bu göstərici 2021-ci ilə nisbətdə 24,1% artaraq 433-ə çatıb. Həmçinin, Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayında 14-17 yaşda uşaqların xüsusi çəkisində də azalma müşahidə olunub, bu temp yalnız sonuncu ildə pozularaq 0,2% artıb. 

- Son illərdə Azərbaycanda uşaqlar arasında cinayət hadisələrinin sayı azalsa da yalnız sonuncu - 2022-ci ildə kəskin artım müşahidə olunub. 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya tv”- də deyib ki, Azərbaycanda uşaqlar arasında cinayətkarlığın sayı artıb.

“Fakt Yoxla” partiya sədrinin bu iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Azərbaycanda 18 yaşına çatmayan şəxslər uşaq hesab olunur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20-ci maddəsində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən minimum yaş həddinin 16 yaş olduğu göstərilib. Həmçinin bu qanunda göstərilib ki, 14 yaşı tamam olmuş şəxslər yalnız bir sıra xüsusi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilər. 

Başqa sözlə uşaq cinayətləri dedikdə 14-17 yaşlı uşaqların törətdiyi cinayətlərin statistikası nəzərdə tutulur. 

Partiya sədrinin iddiasını yoxlamaq üçün 2017-2022-ci ilin göstəriciləri müqayisə edilib. 

Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəldən də göründüyü kimi, 2017-ci ildən 2020-ci ilə qədər uşaqlar arasında törədilən cinayət sayları azalmağa doğru gedib. 2020-ci ildə azalma dayanıb və cinayətlərin sayı 1 nəfər artıb. Bundan sonrakı ildə də azalma davam edib. Yalnız 2022-ci ildə bu göstərici 2021-ci ilə nisbətdə 24,1% artaraq 433-ə çatıb. 

Həmçinin, Azərbaycanda cinayət törətmiş şəxslərin ümumi sayında 14-17 yaşda uşaqların xüsusi çəkisində də azalma müşahidə olunub, bu temp yalnız sonuncu ildə pozularaq 0,2% artıb. 

Mənbə: Dövlət Statistika Komitəsi

Beləliklə, son illərdə Azərbaycanda uşaqlar arasında cinayət hadisələrinin sayı azalsa da yalnız sonuncu - 2022-ci ildə kəskin artım müşahidə olunub. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə Sərdar Cəlaloğlunun iddiası doğrudur.

 

Doğru
  • 11 İyul, 2023
  • 890

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə