logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Nazirin yerinə yetirmədiyi vədi: 2023-cü ildə iyirmi min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq

Nazirin yerinə yetirmədiyi vədi: 2023-cü ildə iyirmi min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq

Xəbərin qısa icmalı

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2023-cü ildə Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, həmin il nazirlik 20 min işsiz şəxs peşə hazırlığına cəlb etməyi proqnozlaşdırır. Söhbət ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarından gedir. Nazir bildirib: “Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı buna kifayət etmir. Bu il (2023) 20 min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq.”

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ildə paylaşdığı rəsmi məlumata görə, 2023-cü il ərzində 9518 nəfər peşə hazırlığına cəlb edilib. Kursları bitirənlərin 81 faizi işlə təmin olunub. Rəsmi məlumata əsasən, peşə hazırlığı proqramlarına cəlb edilən işsiz və işaxtaranların sayı 2018-ci ildə 2,600 nəfər olduğu halda 2024-cü ildə 15,600 nəfərə çatdırılıb. Yəni, nazirin 2023-cü il üçün verdiyi 20 min nəfərlik hədəf nə həmin il, nə də növbəti il reallaşmayıb.

Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2023-cü ildə Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, həmin il nazirlik 20 min işsiz şəxs peşə hazırlığına cəlb etməyi proqnozlaşdırır. Söhbət ƏƏSMN-in tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi peşə hazırlığı kurslarından gedir. Nazir bildirib: “Bizim hədəfimiz ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. Nazirliyin potensialı buna kifayət etmir. Bu il (2023) 20 min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq.”

Fakt Yoxla” bu vədin icra vəziyyətini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü ildə paylaşdığı rəsmi məlumata görə, 2023-cü il ərzində 9518 nəfər peşə hazırlığına cəlb edilib. Kursları bitirənlərin 81 faizi işlə təmin olunub. Rəsmi məlumata əsasən, peşə hazırlığı proqramlarına cəlb edilən işsiz və işaxtaranların sayı 2018-ci ildə 2,600 nəfər olduğu halda 2024-cü ildə 15,600 nəfərə çatdırılıb. Yəni, nazirin 2023-cü il üçün verdiyi 20 min nəfərlik hədəf nə həmin il, nə də növbəti il reallaşmayıb.

Bununla yanaşı, Nazirlik əmək bazarının tələblərinə uyğun düzgün peşə seçiminə dəstək məqsədilə peşəyönümü xidmətləri də təqdim edir. Bu xidmətlərlə əhatə olunan şəxslərin sayı 2018-ci ildə 118 min nəfər olduğu halda, 2024-cü ildə 204 min nəfərə çatıb. Bu göstərici artım göstərsə də, bu xidmətlər birbaşa peşə hazırlığı ilə eyni mahiyyət daşımır və əsas vədi əvəz etmir.

Fakt Yoxla”nın gəldiyi nəticəyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin 2023-cü ildə 20 min nəfərin peşə hazırlığına cəlb olunacağı ilə bağlı verdiyi vəd yerinə yetirilməyib. Mövcud məlumatlara əsasən, bu hədəf 2024-cü ildə də reallaşmayıb. 

Vəd tutulmayıb
  • 4 İyul, 2025
  • 28

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə