logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Emin Əmrullayev: “Hər il orta məktəbi bitirənlərin 50%-i ali məktəblərə daxil olur”

Emin Əmrullayev: “Hər il orta məktəbi bitirənlərin 50%-i ali məktəblərə daxil olur”

Foto "report.az"dan götürülüb.

“Bizdə orta təhsil məktəblərini (hər il) təxminən 85-90 min şagird qurtarır. Onlardan 45-50 mini ali məktəblərə daxil olur. Təxminən 50 faiz”.

Təhsil naziri Emin Əmrullayev yerli mətbuata açıqlamasında belə deyib. 

“Fakt Yoxla” nazirin iddiasının doğrul olub-olmadığını yoxlayıb. 

 

2015-2020-ci illərdə tam orta məktəbi bitirənlərin universitetə daxil olma göstəriciləri

Qeyd: Cari və əvvəlki illərin məzunları arasında universitetə daxil olan abituriyentlərin sayı ilə bağlı məlumatlar Dövlət İmtahan Mərkəzinin müvafiq il üzrə “Abituriyent” jurnalının 12-ci buraxılışlarından götürülüb.

Cədvəldən göründüyü kimi, 2015-2018-ci illərdə tam orta məktəbi bitirənlərin həmin ildə universitetə daxil olma göstəricisi 40 faizdən aşağı olub. Yalnız son iki il ərzində orta məktəbdən məzun olanlar arasında ali təhsil müəssisələrinə daxil olanların göstəricisi 40 faizi keçib. Ümumilikdə son 5 ildə tam orta məktəbi bitirən şagirdlərin ortalama 37 faizi həmin il universitetə qəbul olmağı bacarıb.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Təhsil naziri Emin Əmrullayevin iddiası yarı doğrudur. 

“Virtualaz.org”, Təhsil naziri: “indiki uşaqların uğur formulu: şans, pul, qohumluq əlaqələri...”

Abituriyent jurnalının 12-ci sayı, 2015-ci il, TQDK, səh. 133

Abituriyent jurnalının 12-ci sayı, 2017-ci il, DİM, səh. 127

Abituriyent jurnalının 12-ci sayı, 2018-ci il, DİM, səh. 134

Abituriyent jurnalının 12-ci sayı, 2019-ci il, DİM, səh. 144

Abituriyent jurnalının 12-ci sayı, 2020-ci il, DİM, səh. 144

Abituriyent jurnalının 12-ci sayı, 2021-ci il, DİM, səh. 170

Yarı doğru
  • 12 İyul, 2021
  • 1748

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə