Deputat Məlahət İbrahimqızı Real TV-yə müsahibəsində Azərbaycanda sayı artan hava limanları ilə bağlı danışarkən müqayisə olaraq bildirib ki, Avstriyada cəmi 2 beynəlxalq hava limanı var (15:48).
“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.
Beylnəlxalq hava limanları ölkələr arasında uçuşları təmin etmək üçün gömrük, immiqrasiya və sərhəd nəzarəti funksiyasını həyata keçirən, daxili və qlobal səfərləri təmin edə bilən hava limanlarına deyilir. Hava limanlarına beynəlxalq statusu ölkələrin milli aviasiya orqanları qeyd olunan qabiliyyətinə görə verir. Avstriyada hava nəqliyyatını idarə edən və hava limanlarına beynəlxalq statusu verən orqan “Austro Control GmbH”-dır. “Austro Control” ölkədə 6 aeraportu beynəlxalq aeraport kimi qeyd edir:
Beləliklə, göründüyü kimi Avstiyada 6 beynəlxalq hava limanı fəaliyyət göstərir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yanlışdır.