logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Deputat Günay Ağamalının yanlış iddiası: Ana və uşaq ölümləri azalıb

Deputat Günay Ağamalının yanlış iddiası: Ana və uşaq ölümləri azalıb

Xəbərin qısa icmalı

- Milli Məclisin deputatı Günay Ağamalı Azərbaycanda demoqrafik vəziyyət ilə bağlı danışarkən iddia edib ki, Azərbaycanda uşaq və ana ölümləri azalıb. 

- Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2020-2024-cü illərdə ana, körpə və 5 yaşadək uşaqlar arasında ümumi ölüm sayı artıb. Statistikaya görə, qeydə olunan illər ərzində 5 yaşadək uşaq ölümləri mütləq ifadədə 13,6% artım göstərib. 2023-cü illə müqayisədə ölüm halları 2024-də azalsa da, artım tendensiyası beş il ərzində səngiməyib. Bu beş il müddətində 5-yaşınadək 7952 uşaq həyatını itirib. Hər min nəfərə diri doğulan körpə sayına nisbətdə də 5 yaşına qədər uşaq ölümlərinin sayında da artım var. Belə ki, 2020-ci ildə bu rəqəm hər min nəfərə 11,1 idisə, 2024-cü ildə bu rəqəm 17,1 olub (50 faizdən çox). Bu rəqəm də 2005-ci ildə olan 17,6 nəfərdən sonra ən pis göstəricidir. Ölkədə körpə ölümləri isə 2020-2024-cü illər üzrə mütləq ifadədə 16% artım göstərib. Bu beş il ərzində ümumillikdə 6500 körpə həyatını itirib. Belə ki, 2020-ci ildə hər 1000 diri doğulan körpəyə 9,8 ölüm düşürdüsə, 2024-cü ildə bu rəqəm 13,9-a yüksəlib. Bu rəqəm 2004-cü ildə olan 14,4 körpə ölümündən sonra ən pis göstəricidir. 

- Azərbaycanda ana ölümləri də 2020-2024-cü illərdə artmağa davam edib. Bu beş ildə ana ölümləri mütləq ifadədə 15,3% artım göstərib. Ümumillikdə, 2020-2024-cü illərdə 120 ana həyatını itirib. Hər 100 min nəfərə düşən ana ölümü də son 5 ildə artım göstərib. 2020-ci ildə bu rəqəm 15,8 idisə, 2024-cü ildə təqribən 2 dəfə artaraq 28,3-ə çatıb. 2024-cü ildəki nisbi ana ölümü sayı 2007-ci ildəki 35,5 nisbi ana ölümü sayından sonra ən pis göstəricidir. 

Milli Məclisin deputatı Günay Ağamalı Azərbaycanda demoqrafik vəziyyət ilə bağlı danışarkən iddia edib ki, Azərbaycanda uşaq və ana ölümləri azalıb:

“Müsbət tendensiyalardan biri odur ki, uşaqların sağlamlığı, ana və uşaq ölümlərinin sayının azalması istiqamətində ciddi nəticələr əldə olunub”.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb. 

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2020-2024-cü illərdə ana, körpə və 5 yaşadək uşaqlar arasında ümumi ölüm sayı artıb. 

Statistikaya görə, qeydə olunan illər ərzində 5 yaşadək uşaq ölümləri mütləq ifadədə 13,6% artım göstərib. 2023-cü illə müqayisədə ölüm halları 2024-də azalsa da, artım tendensiyası beş il ərzində səngiməyib. Bu beş il müddətində 5-yaşınadək 7952 uşaq həyatını itirib. Hər min nəfərə diri doğulan körpə sayına nisbətdə də 5 yaşına qədər uşaq ölümlərinin sayında da artım var. Belə ki, 2020-ci ildə bu rəqəm hər min nəfərə 11,1 idisə, 2024-cü ildə bu rəqəm 17,1 olub (50 faizdən çox). Bu rəqəm də 2005-ci ildə olan 17,6 nəfərdən sonra ən pis göstəricidir. 

Azərbaycanda 5 yaşadək uşaq ölümlərinin sayı

Mənbə: Dövlət Statistika Komitəsi

Ölkədə körpə ölümləri isə 2020-2024-cü illər üzrə mütləq ifadədə 16% artım göstərib. Bu beş il ərzində ümumillikdə 6500 körpə həyatını itirib. Belə ki, 2020-ci ildə hər 1000 diri doğulan körpəyə 9,8 ölüm düşürdüsə, 2024-cü ildə bu rəqəm 13,9-a yüksəlib. Bu rəqəm 2004-cü ildə olan 14,4 körpə ölümündən sonra ən pis göstəricidir. 


Azərbaycanda körpə ölümlərinin sayı

Mənbə: Dövlət Statistika Komitəsi

Azərbaycanda ana ölümləri də 2020-2024-cü illərdə artmağa davam edib. Bu beş ildə ana ölümləri mütləq ifadədə 15,3% artım göstərib. Ümumillikdə, 2020-2024-cü illərdə 120 ana həyatını itirib. Hər 100 min nəfərə düşən ana ölümü də son 5 ildə artım göstərib. 2020-ci ildə bu rəqəm 15,8 idisə, 2024-cü ildə təqribən 2 dəfə artaraq 28,3-ə çatıb. 2024-cü ildəki nisbi ana ölümü sayı 2007-ci ildəki 35,5 nisbi ana ölümü sayından sonra ən pis göstəricidir. 

Azərbaycanda ana ölümlərinin sayı

Mənbə: Dövlət Statistika Komitəsi

Beləliklə, həm 5-yaşa qədər uşaq ölümündə, həm körpə ölümündə, həm də ana ölümündə 2020-ci ilə nisbətdə artım var. 2024-cü ildəki rəqəmlər təqribən son 20 ilin ən pis göstəriciləridir. 

“Fakt Yoxla”nın qənaətinə görə, millət vəkili Günay Ağamalının açıqlaması yanlışdır.

Yanlış
  • 14 Oktyabr, 2025
  • 380

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə