logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Cəmil Həsənli: Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş Sovet ölkələri arasında birinci yerdədir

Cəmil Həsənli: Azərbaycan uşaq ölümlərinin sayına görə keçmiş Sovet ölkələri arasında birinci yerdədir

Xəbərin qısa icmalı

Azərbaycanda 2023-cü ildə 1 yaşadək ölən körpələrin sayı 2039 olub. Bir müddət əvvəl siyasətçi Cəmil Həsənli özünün feysbuk səhifəsində uşaq ölümləri ilə bağlı paylaşımında qeyd edib ki, Azərbaycan bu göstəriciyə görə keçmiş Sovet respublikaları arasında birinci yerdədir.  

-Azərbaycanda 1 ildə körpə ölümləri 2 dəfə artıb və son 25 ildə ən yüksək həddə çatıb. Ölkədə uşaq ölüm nisbəti keçmiş Sovet ölkələri ilə müqayisədə yalnız Tacikistandan geridə qalır. 

Azərbaycanda 2023-cü ildə 1 yaşadək ölən körpələrin sayı 2039 olub. Bir müddət əvvəl siyasətçi Cəmil Həsənli özünün feysbuk səhifəsində uşaq ölümləri ilə bağlı paylaşımında qeyd edib ki, Azərbaycan bu göstəriciyə görə keçmiş Sovet respublikaları arasında birinci yerdədir. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2023-cü ildə 1 yaşadək həyatını itirən uşaqların sayı 2039 olub ki, bu da 1998-ci ildən sonra ən böyük göstəricidir. (səhifə 99)

Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı ən az 2021 və 2022-ci illərdə olub – müvafiq olaraq 840 və 959. 2023-cü ildə isə körpə ölümü 2 dəfə çoxalıb.

Körpələr ən çox nədən ölürlər?

Dövlət Statistika Komitəsinin “Azərbaycanda uşaqlar” adlı hesabatına görə, 2023-cü ildə həyatını itirən 2039 uşaqdan 1287-si  perinatal dövrdə meydana çıxan hallardan dünyasını dəyişib. 2022-ci ildə bu səbəbdən ölən körpələrin sayı təxminən 3 dəfə az - 392 olub.

 Körpələrin ölüm səbəbləri aşağıdakı kimidir:

Qonşu və region ölkələri ilə müqayisə

Körpə ölümü nisbəti dedikdə, hər 1000 diri doğulan uşağa düşən 1 yaşadək ölən körpələrin sayı nəzərdə tutulur.

Azərbaycanda körpə ölümü nisbəti 2019-cu ildə 11, 2020-ci ildə 9.8, 2021-ci ildə 7.5, 2022-ci ildə 7.8, 2023-cü ildə 18.1 olub.

Qeyd: Türkmənistanla bağlı açıq məlumat əldə etmək mümkün olmadı. Belarusa və Litvaya aid rəqəm isə 2022-ci ilə, Estoniyaya aid rəqəm isə 2021-ci ilə aiddir. 

Keçmiş Sovet ölkələri ilə müqayisədə Azərbaycan yalnız Tacikistandan geridə qalır. Belə ki, Tacikistanda 2023-cü ildə körpə ölümü nisbəti 20 olub.  Azərbaycana ən yaxın aşağı göstərici isə Qırğızıstandır. Qonşu ölkələr olan Gürcüstan və Ermənistan müvafiq olaraq Azərbaycanda 2 və 3 dəfə azdır. 

Nəticə etibarilə, Azərbaycanda 1 ildə körpə ölümləri 2 dəfə artıb və son 25 ildə ən yüksək həddə çatıb. Ölkədə uşaq ölüm nisbəti keçmiş Sovet ölkələri ilə müqayisədə yalnız Özbəkistandan geridə qalır. 

Fakt Yoxla”nın gəldiyi qənaətə görə Cəmil Həsənlinin açıqlaması əsasən doğrudur.

 

Səhvin düzəldilməsi: Materialın girişində səhvən Azərbaycanın uşaq ölümlərinə görə yalnız Özbəkistandan geridə qaldığı qeyd edilmişdi, əslində Tacikistan olmalı idi. Oxucularımızdan gələn rəyə əsasən mətndə düzəliş edildi.

Əsasən doğru
  • 21 Oktyabr, 2024
  • 592

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə