logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

Baş Prokurorluğun idarə rəisi: “Son illərdə qəsdən adam öldürmə halları artmayıb.”

Baş Prokurorluğun idarə rəisi: “Son illərdə qəsdən adam öldürmə halları artmayıb.”

Xəbərin qısa icmalı

Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib ki, son illər qəsdən adam öldürmə halları artmayıb.

- 2022-ci ildə əvvəlki ilə nisbətən qəsdən adam öldürmə halları cəmi 3 nəfər artıb. Son 5 il ərzində 3 ayrı ildə artım olsa da ümumi artım sadəcə 3 nəfər olub. Son 5 ilin ən yüksək göstəricisi isə 2020-ci ildə 193 nəfərlə olub. Son 10 il ərzində bu statistikada 40 nəfər geriləmə var. Son 10 ilin ən yüksək göstəricisi 2014-cü ildə 219 nəfərlə, ən aşağı göstəricisi isə 2017-ci ildə 162 nəfərlə olub.

- 2023-cü ilin birinci yarısında isə 78 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 nəfər aşağı olub. 

Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev deyib ki, son illər qəsdən adam öldürmə halları artmayıb.

“Fakt Yoxla” Baş Prokurorluq rəsmisinin bu iddiasını yoxlayıb.

İddianın yoxlanılması üçün 2013-2022-ci illər üzrə 10 ilin məlumatından istifadə olunub. Dövlət orqanlarında, Statistika komitəsində 2023-cü ilə dair yalnız həmin ilin birinci hissəsinin məlumatları dərc edildiyindən həmin il bütöv şəkildə yoxlamaya cəlb edilməyib.

Son illərdə qəsdən adam öldürmə hallarının statistikası:

Cədvəldən də göründüyü kimi 2022-ci ildə əvvəlki ilə nisbətən qəsdən adam öldürmə halları cəmi 3 nəfər artıb. Son 5 il ərzində 3 ayrı ildə artım olsa da ümumi artım sadəcə 3 nəfər olub. Son 5 ilin ən yüksək göstəricisi isə 2020-ci ildə 193 nəfərlə olub. Son 10 il ərzində bu statistikada 40 nəfər geriləmə var. Son 10 ilin ən yüksək göstəricisi 2014-cü ildə 219 nəfərlə, ən aşağı göstəricisi isə 2017-ci ildə 162 nəfərlə olub.

2023-cü ilin birinci yarısında isə 78 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 nəfər aşağı olub. 

Beləliklə, 10 ilin 5 – 2013,2014,2018,2020 və 2022-ci illərdə əvvəlki ilə nisbətən qəsdən adam öldürmə hallarında artım müşahidə edilsə də, 2013-cü ilə nisbətən 2022-ci ildəki qəsdən adam öldürmə halları azalıb. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə əsasən, iddia doğrudur

Doğru
  • 26 Yanvar, 2024
  • 792

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə