logo logo

Deyilənlərə yox, faktlara inanın

Cəmiyyət

AMEA: “Alimlər insan bədənində koronavirusu aşkarlayan mikroçip hazırlayıblar”

AMEA: “Alimlər insan bədənində koronavirusu aşkarlayan mikroçip hazırlayıblar”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)  “Alimlər insan bədənində koronavirusu aşkarlayan mikroçip hazırlayıblar” başlıqlı xəbər dərc edib. AMEA bu məlumatı “unikal.org” saytından götürüb.

Xəbərdə cihazın ABŞ ordusunun pandemiyaya qarşı tədqiqiat və inkişaf mərkəzi olan DARPA tərəfindən hazırlandığı deyilir. Məlumata görə, dərinin altına yerləşdirilmiş və erkən xəbərdarlıq sistemi olaraq işləyən çip, virusu koronavirus bədənə daxil olduqda, üstəlik simptomlar ortaya çıxmadan aşkarlayır.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Qeyd edək ki bu iddialar  ABŞ-ın “Müdafiə İstiqamətli Tədqiqat Layihələri Agentliyi”ndə (DARPA) işləyən hərbi həkim Dr. Matt Hepburnun CBSnews informasiya agentliyinə müsahibəsinə əsaslanır.

Daha sonra mövzu ilə bağlı “Newsweek” jurnalına danışan Hepburn, müsahibəsinin anlaşılmazlığa səbəb olduğunu söyləyib. 

Onun sözlərinə görə, texnologiya adlandırılan vasitə əslində hidrogeldir. Bu hidrogel bədəndəki bir sıra maddələrə cavab verərək dəyişir. Bu zaman gel çox zəif parlayır və bu işıq dəri üzərindən xüsusi sensor istifadə edilərək görülə bilər. Hidrogelin virusu təyin etməsi üçün istifadə etdiyi maddə laktat adlanr. Qanda olan laktat səviyyəsi şəxsin xəstələnmək üzərə olub-olmadığını bildirir.

Skrinşot DARPA-nın tvitter hesaabından götürülüb.

 

“Hidrogel sizə sadəcə bəzi şeylərin yolunda getmədiyini söyləyir. Yoluxub-yoluxmadığınızı bilmək üçün yenə də COVID testi vermək məcburiyyətindəsiniz. Bundan sonra yoluxub-yoluxmadığınızı dəqiq biləcəksiz”, - deyə Hepburn bildirib. 

DARPA mərkəzi rəsmi Twitter hesabında COVID təyin edəcək mikroçip yaratdıqlarına dair iddianı təkzib edib.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, AMEA-nın saytına yerləşdirdiyi xəbər saxtadır.

Saxta Xəbər
  • 23 Aprel, 2021
  • 568

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə