logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Hikmət Hacıyevin yanlış iddiası: 20-ci əsrin əvvəllərində Azərbaycan dünya neftinin 90 faizini istehsal edirdi

Hikmət Hacıyevin yanlış iddiası: 20-ci əsrin əvvəllərində Azərbaycan dünya neftinin 90 faizini istehsal edirdi

Foto süni intellekt vasitəsilə hazırlanıb

Xəbərin qısa icmalı

  • Hikmət Hacıyev iddia edib ki, 20-ci əsrinə əvvəllərində Azərbaycan dünya neftinin 90 faizini istehsal edirdi.
  • Azərbaycan 20-ci əsrin əvvəllərində dünya neftinin ən böyük hissəsini 1900-cü ildə istehsal edib ki, bu da təqribən 48 faiz olub.
  • İddia yanlışdır.

Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev amerikalı iqtisadçı və professor Ceffri Saks ilə müsahibəsi zamanı iddia edib ki, 20-ci əsrinə əvvəllərində Azərbaycan dünya neftinin 90 faizini istehsal edirdi (3:50-4:05).

Neft Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi olmaqla ən mühüm ixrac məhsuludur. Azərbaycanın neft sənayesinin tarixi təqribən 19-cu əsrin ortalarından etibarən başlamış və həqiqətən də 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dünyada istehsal edilən neftin əhəmiyyətli hissəsini təşkil edib.

Ancaq, bu əhəmiyyətli hissə Hikmət Hacıyevin dediyi kimi 90 faiz olmayıb. Hikmət Hacıyev 20-ci əsrin əvvəlləri dediyi üçün 1900-1920-ci illərdə Azərbaycanda istehsal olunan neftin həcmini müqayisə etmək lazımdır:

Göründüyü kimi, 1900-1920-ci illər arasında Azərbaycanın neft istehsalı heç vaxt dünya neft istehsalının 90 faizi olmayıb. Ən yüksək göstərici 1900-cu ilə aiddir ki, bu ildə də Azərbaycan nefti dünya neft istehsalının təqribən 48 faizini təşkil edib.

Daha bir maraqlı müqayisə Azərbaycan ilə ABŞ-nin neft istehsalının müqayisəsidir.

ABŞ ilə Azərbaycanın neft istehsalının müqayisəsindən də görünür ki, Azərbaycan sadəcə 1900 və 1901-ci illərdə ABŞ-ni neft istehsalında kiçik fərqlə üstələyib ki, bu rəqəmlərə əsasən də Azərbaycan dünya neftinin 90 faizini istehsal edə bilməzdi. 1902-ci ildən sonra isə ABŞ-nin neft istehsalı Azərbaycanın neft istehsalını keçib.

Bundan əlavə, rəsmi dövlət mənbələrində də Azərbaycan neftinin 20-ci əsrin əvvəllərində dünya neft istehsalının 50 faizdən çoxunu əhatə etdiyini bildirilir. Məsələn, Energetika Nazirliyinin rəsmi saytında da 1901-ci ildə Azərbaycanın neft istehsalının dünya neft istehsalının yarısından çoxunu təşkil etdiyi bildirilib ki, bu da təqribən 50 faiz olduğunu göstərir.

Beləliklə, Azərbaycan 20-ci əsrin əvvəllərində dünya neftinin 90 faizini istehsal etmirdi.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə iddia yanlışdır.

“Youtube.com”, The Battle Space That Became A Marketplace

Neft Təsərrüfatının İqtisadi Strukturunun Modernizasiyası. 2003. E.M. Hacızadə, Z.S.Abdullayev. səh. 17-18,

Peaceful uses of atomic energy. 1956. Birləşmiş Millətlər Təşkilatı. səh. 27-29

“Eia.gov”, Petroleum & Other Liquids

“Minenergy.gov.az”, History of development of oil industry

Yanlış
  • 3 Noyabr, 2026
  • 24

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə