logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

YAP idarə heyətinin üzvü Əfsun Sucayev: Koronovirusla bağlı ən uğurlu nəticələr Azərbaycanda qeydə alınıb

YAP idarə heyətinin üzvü Əfsun Sucayev: Koronovirusla bağlı ən uğurlu nəticələr Azərbaycanda qeydə alınıb

“İstər virusa yoluxanların, istər dünyasını dəyişənlərin statistikasını digər ölkələrlə müqayisə etsək görərik ki, ən uğurlu nəticələr Azərbaycanda qeydə alınıb”.

Yeni Azərbaycan Partiyasının (YAP) idarə heyətinin üzvü, Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Azərbaycan” qəzetinə verdiyi açıqlamada belə deyib

“Fakt Yoxla” Əfsun Sucayevin iddiasını araşdırıb.

Koronavirusla bağlı bütün ölkələr üzrə statistik məlumatların toplandığı “ourworldindata.org” platformasındakı göstəricilərə əsasən, hazırda Azərbaycanda əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayı 36 min 295 nəfərə bərabərdir. Əhalinin hər 1 milyon nəfərinə düşən ölüm sayı isə, 508 nəfərdir. Dünya ortalamasına gəlincə isə, hazırda dünya əhalisinin hər 1 milyon nəfərinə düşən yoluxma sayı 26 min 590, hər 1 milyon nəfərə düşən ölüm sayı isə, 559 nəfərdir. Bu baxımdan, Azərbaycandakı nəticələr yoluxma sayına görə dünya ortalamasından yüksək, ölüm sayına görə isə, nisbətən aşağıdır.

Əhalinin hər 1 milyon nəfərinə düşən yoluxma sayına görə Azərbaycandan daha yaxşı göstəricilərə malik olan ölkələr

 

Cədvəl: Əhalinin hər 1 milyon nəfərinə düşən ölüm sayına görə Azərbaycandan daha yaxşı göstəricilərə malik olan ölkələr

Göründüyü kimi, Azərbaycanın virusa yoluxanların sayına görə 114-cü, virusdan vəfat edənlərin sayına görə isə 105-ci sıradadır.

“Fakt Yoxla”nın qənaətinə görə, Əfsun Sucayevin iddiası yalandır.

Yalan
  • 25 Avqust, 2021
  • 4423

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə