logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

“Xəzər Xəbər”: “Aİ Çin istehsalı peyvənd vurduranlara “Şengen” vizası verilməyəcəyi barədə qərar qəbul edib”

“Xəzər Xəbər”: “Aİ Çin istehsalı peyvənd vurduranlara “Şengen” vizası verilməyəcəyi barədə qərar qəbul edib”

"Ötən gün keçirilən 4,5 saatlıq Aİ zirvəsində Çin istehsalı peyvənd vurduranlara “Şengen” vizası verilməyəcəyi barədə qərar qəbul edilib”.

Bu məlumatı “Xəzər Xəbər” yayıb. 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Avropa İttifaqı (Aİ) liderlərinin 2021-ci il 25 və 26 fevral tarixlərində videokonfrans vasitəsi ilə görüşü baş tutub. Konfransda koronovirusa qarşı mübarizə və peyvənd kampaniyaları, Aİ-nin təhlükəsizliyi və müdafiəsi ilə yanaşı Cənub Qonşuları, tərəfdaşlıq məsələləri müzakirə edilib.

Görüşdən sonra verilən bəyanatda üzv dövlətlərin Rəqəmsal Peyvənd Pasportu ilə bağlı ümumi yanaşma üzərində işləməyə davam edəcəkləri bildirildi

Müzakirələrin ardından açıqlama verən Almaniya kansleri Angela Merkel bildirib ki, Avropada səyahət etməyə imkan verən Rəqəmsal Peyvənd Pasportları yay aylarına qədər tətbiq ediləcək.

Haqqında danışılan Rəqəmsal Peyvənd Pasportu/Sertifikatı nədir?

Rəqəmsal Peyvənd Pasportu - rəsmi adıyla Rəqəmsal Yaşıl Sertifikat - 3 müxtəlif növ sertifikatı əhatə edir: 

1. Peyvənd sertifikatı; 

2. Test sertifikatı; 

3. Virusdan sağalma sertifikatı. 

Pasportlar istənilən Avropa Birliyi ölkəsində verilə bilər. Bütün Aİ vətəndaşları və ailə üzvləri, eləcə də üzv ölkələrdə qısa və ya uzunmüddətli qalan və digər üzv dövlətlərə getmək hüququ olan vətəndaşlar da pasportları pulsuz almaq hüququ qazanacaqlar. Ancaq bu o demək deyil ki, pasportu əldə etmədən səyahət etmək olmaz. Bütün Aİ vətəndaşlarının ittifaq daxilində sərbəst hərəkət etmək hüququ var və peyvənd olunub-olunmamasının buna təsiri yoxdur. 

Göründüyü kimi, Rəqəmsal Peyvənd Pasportu yalnız Aİ daxilində keçərlidir. Bu pasportlar Aİ-nin üzvü olmayan ölkələrin vətəndaşlarına səyahət üçün heç bir məhdudiyyət yaratmır. Eynilə pasportlar viza üçün də hər hansı bir problemə səbəb olmur. 

Digər tərəfdən, Rəqəmsal Peyvənd Pasportları yalnız EMA (Avropa Dərman Agentliyi) tərəfindən təsdiqlənən peyvəndləri ehtiva edəcək. Hazırda EMA yalnız 4 növ peyvəndi təsdiqləyib. Bunların arasında Çinin istehsal etdiyi CoronaVac peyvəndi yoxdur. Ancaq, bu o demək deyil ki, CoronaVac EMA tərəfindən təsdiqlənməyəcək. Müraciətdən və uyğun yoxlamalardan keçdiyi təqdirdə bütün COVID-19 peyvəndləri EMA tərəfindən təsdiqlənə bilər. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, xəbər saxtadır. 

Saxta xəbər
  • 29 Mart, 2021
  • 2402

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə