logo logo

Deyilənlərə yox, faktlara inanın

Koronavirus

Vüsal Qasımlı: “Digər ölkələrlə müqayisədə Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb”

Vüsal Qasımlı: “Digər ölkələrlə müqayisədə Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb”

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır, bu isə ümumi daxili məhsulun 4,3 faizini təşkil edir: “Bu, kifayət qədər böyük vəsaitdir, bu rəqəmi digər ölkələrlə müqayisə etsək, görərik ki, Azərbaycan koronavirusla mübarizəyə böyük məbləğdə vəsait ayırıb”, - deyə o qeyd edib.

“Fakt Yoxla” Vüsal Qasımlının iddiasının doğru olub-olmadığını araşdırıb. 

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, pandemiya səbəbindən inkişaf etməkdə olan bazarların maliyyə ehtiyaclarını ödəmək üçün 2,5 trilyon dollar vəsait lazım olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Əmək Təşkilatına deyib ki, pandemiyanın iqtisadiyyata, məşğulluq sahələri və sahibkarlıq subyektlərinə təsirinin azaldılması məqsədilə bu sahəyə 3,5 mlrd. manatdan  çox, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 mln. manat vəsait ayrılıb.

Bu vəsaitlər:

  • Karantin şəraitində olan 15000-ə yaxın xaricdən təxliyə olunan vətəndaşın tam dövlət büdcəsi hesabına saxlanılması;
  • Müxtəlif bölgələri əhatə edən 20-dən artıq klinikanın koranoviruslu xəstələrin müalicəsi üçün səfərbər edilməsi;
  • Ölkə daxilində dezinfeksiya edici vasitələrin və tibbi maska istehsalının təşkil edilməsi;
  • Koronavirus infeksiyasına tutulmuş xəstələrin ixtisaslı müalicəsi üçün 6 yeni xəstəxananın tikilməsinə 14.8 milyon manat, tibb avadanlığının alınması məqsədi ilə 97 milyon manat ayrılması;
  • Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün;
  • Pandemiya ilə mübarizəyə Azərbaycan dövlətinin dəstəyi olaraq 5 milyon manat vəsaitin ÜST-ə ianə edilməsi;
  • Aylıq əmək haqqı 250 manat olmaqla 50 min sosial iş yeri açılması
  • 600 min şəxsə isə yaşayış minimumu (190 manat) məbləğində iki aylıq müavinət verilməsi
  • Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün;
  • Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə və s. xərclərə ayrılıb.

Nazirlər Kabinetinin tədbirlər planında və İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tədbirlərin icrası barədə hesabatlarda xərclər barədə daha ətraflı məlumat verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda ÜDM-in həcmi 81,6 mlrd.  manat olub. Koronavirusla mübarizə üçün ümumilikdə 3,5 mlrd.  manat ayrıldığını nəzərə alsaq, bu məbləğ ötənilki ÜDM-nin 4,28 fazini təşkil edir.

Forbes” jurnalının may ayında apardığı araşdırmada dünyanın ən güclü iqtisadiyyata malik dövlətlərinin koronavirusla mübarizə üçün ayırdığı vəsaitlərin ÜDM-lə müqayisəsi əksini tapıb.

Siyahıya görə, Yaponiya ÜDM-in 21,1%, ABŞ 13%, İsveç 12%, Almaniya 10,7%, Fransa 9,3%, İspaniya 7,3%, İtaliya 5,7%, Birləşmiş Krallıq 5%, Çin 3,8%, Cənubi Koreya 2,2 %-ni ayırıb. 

Koronavirusla mübarizəyə ayrılan vəsaitlər

Ölkə

Ayrılan vəsait

(dollar)

ÜDM 2019

(dollar)

ÜDM-də payı

(%)

ABŞ 2,200 trln. 22,20 trln. 9,9
Çin 559 mlrd. 15,47 trln. 3,6
Yaponiya 1,16 trln. 5,50 trln. 21
Almaniya 814 mlrd. 4,16 trln. 19,6
Birləşmiş Krallıq 350 mlrd. 2,93 trln. 11,9
Fransa 387 mlrd. 2,88 trln. 13,4
Rusiya 73 mlrd. 1,67 trln. 4,4
Türkiyə 14,6 mlrd. 809,6 mlrd. 1,8
Qazaxıstan 10 mlrd. 177,32 mlrd. 5,6
İran 4.6 mlrd. 495,69 mlrd. 0,9
Azərbaycan 2 mlrd. 47,43 mlrd. 4,3
Gürcüstan 1,145 mlrd. 18,89 mlrd. 6,1
Özbəkistan 1 mlrd. 55,48 mlrd. 1,8
Ermənistan 273,5 mln. 13,87 mlrd. 2
Belarus 40 mln. 63,66 mlrd. 0,6

Cədvəldən göründüyü kimi, Azərbaycan koronavirusla mübarizəyə ayırdığı vəsaitlərin ÜDM-də payına görə 6 MDB ölkəsi arasında 3-cü yerdədir, qonşu ölkələrdən yalnız Gürcüstandan geridə qalır, ümumi siyahıda isə 15 ölkə arasında 9-cu yerdədir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Vüsal Qasımlının iddiası əsasən yanlışdır.

“trend.az” Vüsal Qasımlı: Azərbaycanın pandemiya ilə mübarizə büdcəsi 3,5 milyard manat civarındadır

“imf.org” Opening Remarks at a Press Briefing by Kristalina Georgieva following a Conference Call of the International Monetary and Financial Committee (IMFC)

“president.az” Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“president.az” Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“azertag.az” Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilib

“stat.gov.az” 2019-cu ildə Ümumi Daxili Məhsul istehsalı

“turan.az” How much money should be spent to fight the coronavirus?

“forbes.com” How Global Coronavirus Stimulus Packages Compare

“aljazeera.com” Trump signs $2.2 trillion coronavirus rescue package

“scmp.com” China pledges largest-ever economic rescue package to save jobs and livelihoods amid coronavirus

“bbc.com” Coronavirus: Chancellor unveils £350bn lifeline for economy

“straitstimes.com” France scraps budget, plans €345 billion coronavirus response

“dw.com” Coronavirus: German parliament passes historic aid package

“themoscowtimes.com” Russia Prices Economic Recovery Plan at $70Bln

“stopcov.ge” Georgia report

“intellinews.com” AFC Capital: Uzbekistan’s response to COVID-19 could see economy and society emerge stronger

“codastory.com” While Europe is in lockdown, Belarus remains open for business

“openknowledge.worldbank.org” Fighting COVID-19

“euronews.com” Ekonomide Covid-19: Türkiye'nin 100 milyar TL önlem paketi için ekonomistler ne diyor?

“financialtribune.com” Iran Gov’t Announces Corona Rescue Package

“worldpopulationreview.com” GDP Ranked by Country

“apa.az” Deputat: “Azərbaycan dövləti hər zamankı kimi bu çətin vaxtda da xalqın yanında olduğunu bir daha təsdiq etdi”

“e-qanun.az” Koronavirus pandemiyasına qarşı Azərbaycan Respublikasında həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsait ayrılması haqqında

“e-qanun.az” Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında

“report.az” Azərbaycan ÜST-yə əlavə 5 milyon dollar ianə ayırır

“sosial.gov.az” Birdəfəlik ödəniş edilənlərin sayı 290 minə çatdı

“e-qanun.az” Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında

“e-qanun.az” Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında

cabmin.gov.az” Tədbirlər Planı

“economy.gov.az” Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri haqqında

“economy.gov.az” İqtisadi artıma və sahibkarlara dövlət dəstəyi tədbirlərinin mexanizmləri

“economy.gov.az” İQTİSADİ ARTIMA VƏ SAHİBKARLIĞA ƏSAS DƏSTƏK ALƏTLƏRİ

Əsasən yanlış
  • 30 İyun, 2020
  • 1980

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə