logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Zelenskinin Baydenlə çəkdirdiyi foto

Zelenskinin Baydenlə çəkdirdiyi foto

Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrın 21-də ABŞ-a rəsmi səfəri zamanı Co Bayden və xanımı Cill Baydenlə Ağ Evin qarşısında çəkdirdiyi foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Hərbi siyasi baxış” Teleqram Kanalının da yaydığı bu fotoda Co Baydenin əlini Volodimir Zelenskinin ombasına qoyduğu görünür. Lağlağı mövzusuna çevrilən foto sosial mediada sürətlə və geniş şəkildə paylaşılıb.

“Fakt Yoxla” fotonun saxta olub-olmadığını yoxlayıb.

Ukrayna liderinin ABŞ səfərindən yayılan fotolardan görünür ki, orijinal foto dekabrın 21-də Co Baydenin həyat yoldaşı Cill Bayden tərəfindən “Facebook” və “Twitter” hesablarında paylaşılıb. 

Zelenskinin qarşılanma mərasimindən çəkilən videoya baxanda məlum olur ki, Cill Baydenin paylaşdığı foto  Ağ Evin içindən çəkilib.  

Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Sean Savett “Frans-Press” Agentliyinə (AFP) deyib ki, şəklin orijinalı Cill Bayden tərəfindən paylaşılıb, sosial şəbəkələrdə yayılan digər foto isə saxtalaşdırılıb.

India Today”ın araşdırmasından isə məlum olur ki, orijinal və saxtalaşdırılan fotolar, əslində, eyni olub. 

Müqayisə zamanı məlum olur ki, Baydenin qolunda və Zelenskinin üst geyimindəki qırışlar da daxil olmaqla bir çox elementlər oxşardırlar. Bayden, xanımı və Zelenski, hətta qarşı tərəfdəki fotoqraflar da hər iki fotoda eyni mövqelərdə dayanıblar. 

Orijinal fotoda Baydenin baş barmağı birinci xanımın əlinin altında yerləşir. Saxtalaşdırılan fotoda isə Baydenin əli aşağı endirilmiş olsa da, onun baş barmağının ucu həyat yoldaşının barmaqları arasında qalıb. Baydenin qolu bəsit fotoşop üsullarıyla çiyin hissəsindən uzadılaraq Zelenskinin ombasının üstünə gətirilib. 

Bundan başqa, Co Baydenin qolunun saxta fotoda uzunluğu orijinal fotoda olduğundan uzun görünür. Diqqətlə baxanda məlum olur ki, ABŞ prezidentinin qolunun yuxarı hissəsi Yelenskinin çiyninə toxunan yerdə uzadılıb, bundan sonra Zelenkinin üst geyiminin sol qol və sol kürək hissəsində yaranan qırışlar da silinib. 

https://lh3.googleusercontent.com/O85CRvLTKiNz4nmrE-dT9GJd8VrPj97vevaJdHnr10nV_UpG7Q2SPJlPAq8PMVPkrrNicPX-R400Bpu2cp_DIgymtSp5jpgLi5eIGJ_HHSGeG9MuSg0XKmtarLXXbotpAWRe6MB-Q7eDn1DXXLuY1it0IEoMzLy7P4Pvc3T9t9W97OrQdAD9Ufc6rXuOFYdl2YO7p-wLdg

Skrinşot “indiatoday.in”in araşdırmasından götürülüb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Co Baydenin əlinin Volodimir Zelenskinin ombasının üzərində olduğunu əks etdirən foto saxtadır. 

 

Saxta Xəbər
  • 19 Yanvar, 2023
  • 464

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə