logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Tural Abbaslı: Ermənistanla Rusiyanın müharibə başlayandan sonrakı ticari dövriyyəsi 10 dəfə artdı.

Tural Abbaslı: Ermənistanla Rusiyanın müharibə başlayandan sonrakı ticari dövriyyəsi 10 dəfə artdı.

Xəbərin qısa icmalı

Ağ Partiyanın sədri Tural Abbaslı  “Səs Qəzeti”nə verdiyi müsahibəsində bildirib ki, Ermənistanla Rusiyanın müharibə başlayandan sonrakı ticari dövriyyəsi 10 dəfə artıb.

- Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncəki 2021-ci ilə nisbətən cəmi 4.8 dəfə artıb. 

Ağ Partiyanın sədri Tural Abbaslı  “Səs Qəzeti”nə verdiyi müsahibəsində bildirib ki, Ermənistanla Rusiyanın müharibə başlayandan sonrakı ticari dövriyyəsi 10 dəfə artıb.

“Ermənistanla Rusiyanın müharibə başlayandan sonrakı ticari dövriyyəsi 10 dəfə artdı. Ermənistanla Rusiya arasında 20 milyard dollarlıq nə ola bilər? Rusiyaya təqdim olunan sanksiya malları Ermənistan üzərindən Rusiyaya gedirdi”, - deyə o qeyd edib.

"Fakt Yoxla" bu iddianın doğru olub-olmadığını yoxlayıb.

2022-ci ildə Rusiyanın Ukraynanı işğalının növbəti mərhələsi başladıqdan sonra Qərb ölkələrinin Rusiya iqtisadiyyatına qoyduğu sanksiyalar Rusiyanın bəzi dövlətlərlə ticarət dövriyyəsini azaltsa da, əsasən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərlə olan ticarət dövriyyəsinin xeyli artmasına gətirib çıxarıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən hazırlanan aşağıdakı qrafikdə Rusiya və Ermənistan arasında son illərdə olan ticarət dövriyyəsi üçün göstəricilər öz əksini tapmışdır:

Qrafikdən də göründüyü kimi, Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi Rusiya-Ukrayna müharibəsindən öncəki 2021-ci ilə nisbətən cəmi 4.8 dəfə artıb. 

İki ölkə arasında ticarət dövriyyəsinin həcmini rəsmi açıqlamalardan da görmək olar. Məsələn, 2021-ci ildə iki dövlət arasındakı ticarət barədə danışan Rusiyanın baş naziri Mixail Mişustin ticarət dövriyyəsinin 2,6 milyard olub. Ermənistan Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə ticarətin həcmi 12,4 milyard olub.

Beləliklə, Rusiya ilə Ermənistan arasında ticarətin həcmi müharibədən əvvəlki ilə nəzərən 10 dəfə yox, 4,8 dəfə artıb. Ticarətin həcmi 20 milyard dollar yox, 12,4 milyard dollar olub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ağ Partiyanın sədri Tural Abbaslının iddiası yanlışdır.

Yanlış
  • 24 Aprel, 2025
  • 23

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə