logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Real TV: USAID Əfqanıstanda heroin istehsalını birbaşa maliyyələşdirib

Real TV: USAID Əfqanıstanda heroin istehsalını birbaşa maliyyələşdirib

Xəbərin qısa icmalı

Real TV USAİD ilə bağlı hazırladığı reportajında iddia edib ki, təşkilatın ünvanına səsləndirilən ittihamlardan biri də onun Əfqanıstanda heroin yetişdirilməsini maliyyələşdirməsidir.

- Agentlik Əfqanıstanda millət və dövlət quruculuğu, idarəetmə, iqtisadi inkişaf, sağlamlıq, təhsil və qadın haqları proqramlarına və narkotiklə mübarizəyə milyardlarla pul xərcləyib. Narkotika ticarəti terrorçu Taliban hərakatının əsas maliyyə qaynaqlarından biri olduğu üçün agentlik narkotik əleyhinə proqramları maliyyələşdirib. Ancaq bəzi hallarda təşkilatın narkotiklə mübarizə səyləri əksinə narkotika ticarətinin xeyrinə işləyib. Əfqanıstan yenidən qurulması üzrə baş müfəttişliyinin hesabatında qeyd olunur ki, bəzi hallarda agentliyin maliyyə dəstəyi ilə yenilənmiş irriqasiya sistemini yerli narkotik becərən fermerlər istifadə edbilər. Yaxud yardım və proqramlar sayəsində əkinə yararlı torpaqların artması onların narkotika istehsalı üçün istifadəsinə yol açıb. Yəni, bəzi hallarda narkotika fermerləri USAID-in yaratdığı fürsətlərdən yararlanıb. Təşkilat əleyinə səsləndirilən heroin yetişdirilməsini maliyyələşdirməsi ittihamı da bu sui-istifadə hallarından qaynaqlanır, halbuki bu ittihamları sübut edən real faktlar yoxdur. 

Real TV USAİD ilə bağlı hazırladığı reportajında iddia edib ki, təşkilatın ünvanına səsləndirilən ittihamlardan biri də onun Əfqanıstanda heroin yetişdirilməsini maliyyələşdirməsidir.

Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) 1961-ci ildə prezident Con Kennedinin Xarici Yardım Aktını imzalaması ilə ərsəyə gəlib. İkinci Dünya müharibəsindən sonra müxtəlif xarici yardım proqramlarını bir agentlikdə birləşdirmək və onları koordinasiya etmək məqsədilə yaradılan qurum idarə etmə və vətəndaş cəmiyyəti, humanitar yardım, qlobal sağlamlıq, iqtisadi inkişaf, təhsil və ərzaq təhlükəsizliyi və fəlakətlərlə mübarizəyə milyardlarla dollar maliyyə xərcləyib.

USAID-in Əfqanıstanda fəaliyyəti 1960-ci illərdən başlayıb. Agentlik ölkədə Sovet İttifaqı təsirinin böyüməsinə qarşı Amerika təsirinin artması üçün çalışaraq infrastruktur, təhsil və kənd təsərrüfatı sahələrinə yardım göstərib. Sovetlərin Əfqanıstanı işğalından sonra USAID ölkəyə bir də 2002-ci ildə ABŞ-nin ölkəyə müdaxiləsindən sonra qayıdıb. Agentlik Əfqanıstanda millət və dövlət quruculuğu, idarəetmə, iqtisadi inkişaf, sağlamlıq, təhsil və qadın haqları proqramlarına və narkotiklə mübarizəyə milyardlarla pul xərcləyib. Narkotika ticarəti terrorçu Taliban hərakatının əsas maliyyə qaynaqlarından biri olduğu üçün agentlik narkotik əleyhinə proqramları maliyyələşdirib. Ancaq bəzi hallarda təşkilatın narkotiklə mübarizə səyləri əksinə narkotika ticarətinin xeyrinə işləyib. Əfqanıstan yenidən qurulması üzrə baş müfəttişliyinin hesabatında qeyd olunur ki, bəzi hallarda agentliyin maliyyə dəstəyi ilə yenilənmiş irriqasiya sistemini yerli narkotik becərən fermerlər istifadə edbilər. Yaxud yardım və proqramlar sayəsində əkinə yararlı torpaqların artması onların narkotika istehsalı üçün istifadəsinə yol açıb. Yəni, bəzi hallarda narkotika fermerləri USAID-in yaratdığı fürsətlərdən yararlanıb. Təşkilat əleyinə səsləndirilən heroin yetişdirilməsini maliyyələşdirməsi ittihamı da bu sui-istifadə hallarından qaynaqlanır, halbuki bu ittihamları sübut edən real faktlar yoxdur. 

Beləliklə, “Fakt Yoxla”nın gəldiyi qənaətə görə Real TV-nin iddiası yanlışdır.

Yanlış
  • 24 Fevral, 2025
  • 20

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə