logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Qərbi Azərbaycan İcması: BMT katibliyi İlham Əliyevin müraciətini qurumun rəsmi sənədi kimi yayıb

Qərbi Azərbaycan İcması: BMT katibliyi İlham Əliyevin müraciətini qurumun rəsmi sənədi kimi yayıb

Xəbərin qısa icmalı

Qərbi Azərbaycan İcması da iddia edib ki, BMT katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədi kimi yayıb.

5 dekabr 2024-cü ildə İlham Əliyev Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda çıxışında məcburi köçkünlük problemini və azərbaycanlıların Ermənistandan zorla deportasiyası haqqında danışıb. 27 dekabr 2024-cü ildə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Prezidentin çıxışını məktub şəklində qurumun Baş Katibinə təqdim edib.

- Qeyd olunan məktub isə BMT-nin rəqəmsal kitabxanasında (DL) yerləşən məktublar və şifahi qeydlər bölməsində digər məktublarla birgə dərc olunub. BMT-nin rəqəmsal kitabxanası rəsmi sənədlərin, çıxışların, məktubların və ictimai çıxışların ümumi dərc olunduğu sistemdir. BMT-nin səhifəsində yerləşən Rəsmi Sənəd Sistemi (ODS) adlı bölmə isə yalnız rəsmi sənədlərin dərc olunması üçün nəzərdə tutulub. 

-Məktubun BMT-də dərc olunması onun rəsmi sənəd hesab olunması üçün əsas ola bilməz, çünki onlar hüquqi qüvvəyə malik olmadan, sadəcə diplomatik mövqe və ya informativ məqsədlərlə yayımlanırlar. Məktublar DL sistemində yerləşdirilsə də, bu, onları rəsmi hüquqi sənəd etməz. 

Azərbaycan mediasında müxtəlif zamanlarda dərc olunan xəbərlərdə dövlət komitələrinin, rəsmilərin açıqlamalarının yaxud bəyanatlarının BMT-nin rəsmi sənədi kimi yayıldığı iddia edilir. Qərbi Azərbaycan İcması da iddia edib ki, BMT katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin müraciətini qurumun Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədi kimi yayıb. Bu barədə “Report.az” xəbər saytı məlumat verib.

Fakt Yoxla” xəbərin doğru olub-olmadığını araşdırıb.

5 dekabr 2024-cü ildə İlham Əliyev Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda çıxışında məcburi köçkünlük problemini və azərbaycanlıların Ermənistandan zorla deportasiyası haqqında danışıb. O, Ermənistanın Azərbaycan mədəni irsini dağıtmasını və hərbi təcavüzünü tənqid edib. 2020-ci ildəki qələbədən sonra "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın başlandığını bildirən İlham Əliyev həmçinin Ermənistanı sülhə mane olan hərəkətlərə davam etməkdə ittiham edib. Konfrans beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etməyi hədəfləyib.

27 dekabr 2024-cü ildə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Prezidentin çıxışını məktub şəklində qurumun Baş Katibinə təqdim edib. Qeyd olunan məktub isə BMT-nin rəqəmsal kitabxanasında (DL) yerləşən məktublar və şifahi qeydlər bölməsində digər məktublarla birgə dərc olunub. BMT-nin rəqəmsal kitabxanası rəsmi sənədlərin, çıxışların, məktubların və ictimai çıxışların ümumi dərc olunduğu sistemdir. BMT-nin səhifəsində yerləşən Rəsmi Sənəd Sistemi (ODS) adlı bölmə isə yalnız rəsmi sənədlərin dərc olunması üçün nəzərdə tutulub. 

Prezidentin tarixi faktları diqqətə çatdıran və problemin həllinin zəruriliyini vurğulayan məlumat xarakterli çıxışı hüquqi təsirə malik deyil. Çıxış yalnız konfransın mövzusunda Azərbaycanın mövqeyini bildirməkdən ibarətdir. Bu xüsusiyyətləri isə həmin çıxışın rəsmi sənəd statusuna malik olmaması üçün əsasdır.

Belə ki, rəsmi sənədlər və məktublar arasında hüquqi təsir, məqsəd və forma baxımından fərqlər mövcuddur. Hüquqi təsirə malik olan və tərəflərdə hüquq və vəzifələr müəyyən edən rəsmi sənədlər yalnız BMT orqanları tərəfindən qəbul edilən və hüquqi təsirə malik sənədlərdir (məsələn, Təhlükəsizlik Şurasının qərarları, Baş Assambleyasının qətnamələri). Məktublar hər hansı bir hüquqi təsirə malik olmayan, dövlətin siyasi mövqeyini ifadə edən yazılı ifadədir. Məktublar daha çox diplomatik ifadə kimi qəbul olunur və hüquqi nəticə yaratmır.

Məktubun BMT-də dərc olunması onun rəsmi sənəd hesab olunması üçün əsas ola bilməz, çünki onlar hüquqi qüvvəyə malik olmadan, sadəcə diplomatik mövqe və ya informativ məqsədlərlə yayımlanırlar. Məktublar DL sistemində yerləşdirilsə də, bu, onları rəsmi hüquqi sənəd etməz. 

Fakt Yoxla”nın gəldiyi qənaətə əsasən, Qərbi Azərbaycan İcmasının iddiası faktlarla manipulyasiyadır

“report.az”, BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb

“presindent.az”, İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda çıxışı

“digitallibrary.un.org”, Prezidentin çıxışını məktub şəklində dərci  

“digitallibrary.un.org”, BMT-nin rəqəmsal kitabxanası  (DL)

“digitallibrary.un.org”, BMT-nin  Rəsmi Sənəd Sistemi (ODS

“qafqazinfo.az”, Həmin bəyanat BMT-nin rəsmi sənədi kimi yayılıb

“lidercom.az”, BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb

Faktlarla manipulyasiya
  • 6 Fevral, 2025
  • 43

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə