logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Ombudsman: Azərbaycanda fikir, söz və mətbuat azadlığı qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədədir

Ombudsman: Azərbaycanda fikir, söz və mətbuat azadlığı qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədədir

Xəbərin qısa icmalı

Ombudsman Səbinə Əliyeva bildirib ki, davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirib.

-Hüquq müdafiəçilərinin 2025-ci ilin may ayına olan hesabatlarına görə, Azərbaycanda 360-dan çox siyasi məhbus var ki, jurnalist fəaliyyətinə görə həbs edilmiş onlarla şəxs də bu qrupa daxildir. Eyni zamanda, bir çox ictimai fəal sosial media yazılarına görə inzibati həbs ediliblər.

2024-cü ildə partiyanın sabiq üzvünün şikayəti əsasında ifadə azadlığı hüququ ilə qorunan çıxışlarına görə AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə ittiham olunub. Siyasi Menecment İnstitutunun rəhbəri, ardıcıl çıxışları ilə hökuməti tənqid edən Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsilə şübhəli şəxs qismində saxlanılıb. 2025-ci ilin aprelində müharibə iştirakçılarının problemlərini vaxtaşırı işıqlandıran və sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınan "Gənc Qazilər" Birliyinin sədri Hacı Vəliyev  maddələri ilə ittiham edilərək haqqında həbs qətimkan tədbiri seçilib.

“Freedom House” tərəfindən yayımlanan “Dünyada Azadlıq” indeksində Azərbaycan “azad olmayan” ölkələr sırasında təsnif edilib və son illərdə müstəqil mediaya, fikir azadlığına və vətəndaş cəmiyyətinə artan təzyiqlər öz əksini tapıb. “Human Rights Watch” təşkilatının 2024-cü il üzrə hesabatına əsasən, son prezident və parlament seçkiləri azad və ədalətli seçki standartlarına cavab verməyib.Sərhədsiz Reportyorların 2025-ci ilin mayında yayımladığı “Dünya Media Azadlığı” indeksində də Azərbaycanda jurnalistikanın durumu və mövcud maneələr “çox ciddi” qiymətləndirilmişdir. Belə ki, Azərbaycan ötən ilə nisbətən 3 pillə də geriləyib və 180 ölkə arasında 167-ci yeri tutub.

-  Venesiya Komissiyasının mənfi rəy verdiyi “Media haqqında” yeni qanunun qəbulundan sonra Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət daha da kəskinləşib, “Toplum TV”, “Abzas Media”, “Meydan TV” və digər media qurumlarına qarşı cinayət işləri başlayıb. Həmçinin, hökumət “BBC Azərbaycanca” başda olmaqla bir çox media qurumlarının fəaliyyətini dayandırmasına göstəriş verib, "Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası ləğv edilib. 2025-ci ilin fevralında ölkədə fəaliyyət göstərən sonuncu müstəqil informasiya agentliyi hesab olunan Turan İnformasiya Agentliyi də mövcud siyasi sistemin gətirdiyi maliyyə sıxıntılarını əsas gətirərək fəaliyyətini dayandırdı.

Ombudsman Səbinə Əliyeva “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində bildirib ki, davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirib.

"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.

Hüquq müdafiəçilərinin 2025-ci ilin may ayına olan hesabatlarına görə, Azərbaycanda 360-dan çox siyasi məhbus var ki, jurnalist fəaliyyətinə görə həbs edilmiş onlarla şəxs də bu qrupa daxildir. Eyni zamanda, bir çox ictimai fəal sosial media yazılarına görə inzibati həbs ediliblər. Bu cür həbslər və cərimələr əsasən İnzibati Xətalar Məcəlləsinin  388-1-ci maddəsi (İnternetdə və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) ilə həyata keçirilir

2024-cü ildə partiyanın sabiq üzvünün şikayəti əsasında ifadə azadlığı hüququ ilə qorunan çıxışlarına görə AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsilə ittiham olunub. Siyasi Menecment İnstitutunun rəhbəri, ardıcıl çıxışları ilə hökuməti tənqid edən Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb. Azər Qasımlı ittihamı qəbul etməyib və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib. 2025-ci ilin aprelində müharibə iştirakçılarının problemlərini vaxtaşırı işıqlandıran və sosial şəbəkələrdə tənqid çıxışları ilə də tanınan "Gənc Qazilər" Birliyinin sədri Hacı Vəliyev Cinayət Məcəlləsinin 221.3-cü (Silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq...) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilərək haqqında həbs-qətimkan tədbiri seçilib.

Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud durum beynəlxalq hesabatlarda da öz əksini tapıb. Belə ki, “Freedom House” tərəfindən yayımlanan “Dünyada Azadlıq” indeksində Azərbaycan “azad olmayan” ölkələr sırasında təsnif edilib və son illərdə müstəqil mediaya, fikir azadlığına və vətəndaş cəmiyyətinə artan təzyiqlər öz əksini tapıb. “Human Rights Watch” təşkilatının 2024-cü il üzrə hesabatına əsasən, son prezident və parlament seçkiləri azad və ədalətli seçki standartlarına cavab verməyib. Beynəlxalq müşahidəçilər bu seçkiləri “tənqidi səslərin boğulması” və “rəqabətin olmaması” ilə xarakterizə ediblər. Hakimiyyət orqanları 2024-cü ildə yeni həbslər dalğası çərçivəsində tanınmış tənqidçiləri hədəfə alıblar. Siyasi müxaliflərə, jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı saxta və ya əsassız ittihamlar irəli sürülüb. İstintaqlarda dindirilməkdə olan bir çox şəxsə qarşı ölkədən çıxış qadağası tətbiq ediblər. Son illərdə Azərbaycanda sərbəst toplaşma azadlığına da daha sərt məhdudiyyətlər tətbiq edilib və müxalif siyasi qüvvələrin mitinqlər keçirməsinə icazə verilməyib.

2021-ci ildə Azərbaycanda qəbul edilən yeni “Media haqqında” qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən etdi. Qanuna əsasən, Azərbaycanda yalnız MEDİA dövlət agentliyində qeydiyyatdan keçmiş nəşrlər kütləvi informasiya vasitəsi hesab edilir və bu KİV-lər, onların bütün əməkdaşları “media reyestri”nə daxil edilir. Bu reyestrə daxil edilməyən KİV-lər və onların əməkdaşları rəsmi olaraq media subyektləri və jurnalistlər hesab edilmir, başqa sözlə, onlar “qanundan kənar” elan olunurlar. Müvafiq jurnalist vəsiqələri də sözügedən dövlət agentliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə verilir. Həmin qanuna əsasən, Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”ndə də dəyişiklik edilmiş, bununla Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozmağa görə yeni cərimələr təsdiq edilmişdir. Bundan sonra Avropa Şurası nəzdində Venesiya Komissiyası qanun barədə yekun rəyi açıqlamış və Azərbaycanda müstəqil jurnalistika və media üçün onsuz da son dərəcə məhdud məkanın mövcudluğu kontekstində bu qanunun daha da “çəkindirici effekt”ə malik olacağını, bir çox müddəaların ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmədiyini və mediaya “ictimai nəzarətçi” rolunu səmərəli şəkildə həyata keçirməyə imkan vermədiyini bildirib. Venesiya Komissiyası Avropa Şurasına üzv olan bir ölkədə belə bir qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu bildirib.

“Media haqqında” yeni qanunun qəbulundan sonra Azərbaycanda media azadlığı ilə bağlı vəziyyət daha da kəskinləşib, “Toplum TV”, “Abzas Media”, “Meydan TV” və digər media qurumlarına qarşı cinayət işləri başlayıb. Həmçinin, hökumət “BBC Azərbaycanca” başda olmaqla bir çox media qurumlarının fəaliyyətini dayandırmasına göstəriş verib, "Amerikanın səsi" radiosunun müxbir akkreditasiyası ləğv edilib. 2025-ci ilin fevralında ölkədə fəaliyyət göstərən sonuncu müstəqil informasiya agentliyi hesab olunan Turan İnformasiya Agentliyi də mövcud siyasi sistemin gətirdiyi maliyyə sıxıntılarını əsas gətirərək fəaliyyətini dayandırdı.

Media azadlığı sahəsində fəaliyyət göstərən nüfuzlu qeyri-hökumət təşkilatı olan Sərhədsiz Reportyorların 2025-ci ilin mayında yayımladığı “Dünya Media Azadlığı” indeksində də Azərbaycanda jurnalistikanın durumu və mövcud maneələr “çox ciddi” qiymətləndirilmişdir. Belə ki, Azərbaycan ötən ilə nisbətən 3 pillə də geriləyib və 180 ölkə arasında 167-ci yeri tutub.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Ombudsman Səbinə Əliyevanın Azərbaycanda fikir, söz və mətbuat azadlığının mövcud vəziyyəti ilə bağlı səsləndirdiyi iddia yalandır.

“bakivaxti.az”, Azərbaycanda fikir, söz və mətbuat azadlığı inkişaf edib - Səbinə Əliyeva

“abzas.org”, Leyla Yunus: “Əfv siyasi məhbus problemini həll etmir, 2-3 nəfəri buraxırlar, 5-10 nəfəri həbs edirlər”

“bbc.com”, Azərbaycanda müharibə əleyhinə çağırışçıların həbsi "hökumətə ziyandır"

“amerikaninsesi.org”, Jurnalist Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib

“jam-news.net”, AXCP sədri Əli Kərimli böhtanda ittiham olunur

“amerikaninsesi.org”, Azər Qasımlı: Həbsimi söz azadlığına qəsd kimi dəyərləndirirəm

“azadliq.org”, Hacı Vəliyevin 'karser'ə salındığı deyilir

“freedomhouse.org”, Freedom in the World 2025: Azerbaijan

“hrw.org”, Azerbaijan. Events of 2024

“amerikaninsesi.org”, Milli Şura Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı bəyanatla çıxış edib

“e-qanun.az”, Media haqqında Azərbaycan Respubli̇kasinin Qanunu

“jam-news.net”, Azərbaycanda “Media haqqında” qanun qəbul edilib: bu nə deməkdir? Müstəqil jurnalistlərin şərhləri

“amerikaninsesi.org”, Ələsgər Məmmədli: Media haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr jurnalistlər üçün problemlər yaradacaq məsələ olacaq

“venice.coe.int”, Azerbaïdjan - Avis conjoint de la Commission de Venise et la Direction Générale des Droits de l'Homme et Etat de Droit (DGI) du Conseil de l'Europe sur la Loi sur les médias, adopté par la Commission de Venise lors de la 131e session plénière (Venise, 17-18 juin 2022)

“rsf.org”, Post-COP29 crackdown in Azerbaijan: RSF calls for the release of Meydan TV journalists

“bbc.com”, Azərbaycanda hökumət BBC Azərbaycancanın fəaliyyətini dayandırmasına göstəriş verib

“azadliq.org”, 'Amerikanın səsi'nin akkreditasiyası ləğv olunur

“amerikaninsesi.org”, Turan İnformasiya Agentliyi fəaliyyətini dayandırır

“rsf.org”, Map - 2025 World Press Freedom Index

Yalan
  • 3 İyun, 2025
  • 94

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə