logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Nigar Məmmədova: COP29-da qeydiyyatdan keçənlərin sayı dünya iqlim konfranslarının tarixində yeni rekorddur

Nigar Məmmədova: COP29-da qeydiyyatdan keçənlərin sayı dünya iqlim konfranslarının tarixində yeni rekorddur

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Nigar Məmmədova “Azərtac”a açıqlamasında iddia edib ki, COP29-da qeydiyyatdan keçənlərin sayı dünya iqlim konfranslarının tarixində yeni rekorddur. “76 min iştirakçının qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord oldu”, - deputat dövlət agentliyinə açıqlamasında belə deyib.

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) vebsaytında tədbirin başladığı gün təqdim edilən hesabatda bildirilir ki, tədbirdə iştirak etmək üçün 66 778 nəfər qeydiyyatdan keçib. 3,975 nəfər isə “virtual” iştirakçı qismində tədbirə qatılacaq (ümumilikdə 70753). Tədbirin yekunları ilə bağlı yekun hesabatda isə konfransda 54148 nəfərin iştirak etdiyi, 2411 nəfərin onlayn qoşulduğu qeyd olunub (ümumilikdə 56559).

- UNFCCC-nin vebsaytında Dubayda keçirilən COP28-lə bağlı yekun hesabatda bildirilib ki, tədbirdə 83884 nəfər iştirak edib, 2089 nəfər onlayn qatılıb (ümumilikdə 85973). Qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıq olub. Bu tədbir COP tarixində ən çox iştirakçının olduğu konfrans olub. COP29-a bundan təxminən 30 min daha az iştirakçı qatılıb.“Carbon brief” qeyd edir ki, COP29 iştirakçıların sayına görə COP tarixində ikinci ən böyük tədbir olub. Həmçinin, COP iştirakçılarının sayı COP23-dən başlayaraq hər il artıb, ancaq COP29-da əvvəlki illə müqayisədə azalma qeydə alınıb. 

Milli Məclisin deputatı Nigar Məmmədova “Azərtac”a açıqlamasında iddia edib ki, COP29-da qeydiyyatdan keçənlərin sayı dünya iqlim konfranslarının tarixində yeni rekorddur. “76 min iştirakçının qeydiyyatdan keçməsi dünya iqlim konfranslarının tarixində yeni rekord oldu”, - deputat dövlət agentliyinə açıqlamasında belə deyib.

Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını yoxlayıb.

11 noyabr 2024-cü ildə Bakıda başlayan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 22 noyabrda başa çatması nəzərdə tutulsa da, tədbirin sona çatması 33 saat gecikib. Konfransın yekununda daha zəngin ölkələr hər il iqlim dəyişikliyi ilə mübarizə aparmaq ümün inkişaf etməkdə olan ölkələrə ildə 300 milyard dollar verəcəyini vəd ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev tədibirin açılış mərasimində COP29-da 72 min nəfərin, tədbirin başa çatmasından sonra sosial media hesabında 76 mindən çox iştirakçının qatıldığını bildirib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) vebsaytında tədbirin başladığı gün təqdim edilən hesabatda bildirilir ki, tədbirdə iştirak etmək üçün 66 778 nəfər qeydiyyatdan keçib. 3,975 nəfər isə “virtual” iştirakçı qismində tədbirə qatılacaq (ümumilikdə 70753). Tədbirin yekunları ilə bağlı yekun hesabatda isə konfransda 54148 nəfərin iştirak etdiyi, 2411 nəfərin onlayn qoşulduğu qeyd olunub (ümumilikdə 56559).

İqlimlə araşdırmaları ilə məşğul olan “Carbon brief” nəşrinin qeydiyyatdan keçənlərin sayına istinadən apardığı hesablamalarına görə COP29-da ən geniş nümayəndə heyətləri aşağıdakı kimidir: 

 

 

UNFCCC-nin vebsaytında Dubayda keçirilən COP28-lə bağlı yekun hesabatda bildirilib ki, tədbirdə 83884 nəfər iştirak edib, 2089 nəfər onlayn qatılıb (ümumilikdə 85973). Qeydiyyatdan keçənlərin sayı isə 100 mindən artıq olub. Bu tədbir COP tarixində ən çox iştirakçının olduğu konfrans olub. COP29-a bundan təxminən 30 min daha az iştirakçı qatılıb.

Carbon brief” qeyd edir ki, COP29 iştirakçıların sayına görə COP tarixində ikinci ən böyük tədbir olub. Həmçinin, COP iştirakçılarının sayı COP23-dən başlayaraq hər il artıb, ancaq COP29-da əvvəlki illə müqayisədə azalma qeydə alınıb. 

Açılanan rəqəmlərdən görünür ki, qeydiyyatdan keçənlərin sayına görə də COP29-da COP tarixində ikinci yeri tutub.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputat Nigar Məmmədovanın iddiası yanlışdır.

 

Yanlış
  • 27 Dekabr, 2024
  • 25

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə