logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

ABŞ Ukraynada bioloji silahlar hazırlayıb?

ABŞ Ukraynada bioloji silahlar hazırlayıb?

Xəbərin qısa icmalı

2022-ci ildə Rusiyanın Ukraynanı işğalının yeni mərhələsi başladıqdan sonra Rusiya yönümlü media dəfələrlə Ukraynanın kimyəvi silahlar istehsal etməsi ilə bağlı məlumatlar yayıb. 18 dekabr tarixində “Sputnik” bu iddiaları təkrarladığı məqaləsində iddia edir ki, Rusiya Qərb ölkələrinin kimyəvi və bioloji silahların hazırlanmasında, Ukraynadakı bioloji laboratoriyalarının aktiv fəaliyyətində (Metabiota şirkəti) birbaşa iştirakı haqqında məlumatları ardıcıl olaraq toplayıb və sənədləşdirib.

- İddialarda adı keçən “Metabiota” Nathan Wolfe tərəfindən yaradılmış ABŞ şirkətidir və onun ilkin funksiyası ixtisaslı kadrların seçilməsində biolaboratoriyalara kömək etməkdir.

Şirkət 2017-ci ilə qədər Ukraynadakı əməliyyatlara yalnız 307 min dollar ayırıb, bundan sonra şirkət Ukraynadakı fəaliyyəti üçün agentlikdən əlavə maliyyə almayıb. Paralel olaraq, “Metabiota” Rosemont Seneca Technology Partners (RSTP) şirkətindən aldığı maliyyə ilə Ukraynada tulyaremiya və Sibir xorasının təhlükələri ilə bağlı elmi araşdırmalar aparırdı. Tədqiqat şirkətin ümumi məqsədi çərçivəsində aparılıb və məqsəd potensial bioloji təhlükələri ilkin mərhələdə aşkar etmək üçün sistem hazırlamaq idi. Hazırda Metabiota Ukrayna ərazisində fəaliyyət göstərmir.

2022-ci ildə Rusiyanın Ukraynanı işğalının yeni mərhələsi başladıqdan sonra Rusiya yönümlü media dəfələrlə Ukraynanın kimyəvi silahlar istehsal etməsi ilə bağlı məlumatlar yayıb. 18 dekabr tarixində “Sputnik” bu iddiaları təkrarladığı məqaləsində iddia edir ki, Rusiya Qərb ölkələrinin kimyəvi və bioloji silahların hazırlanmasında, Ukraynadakı bioloji laboratoriyalarının aktiv fəaliyyətində (Metabiota şirkəti) birbaşa iştirakı haqqında məlumatları ardıcıl olaraq toplayıb və sənədləşdirib.

Fakt Yoxla” bu iddiaların doğru olub-olmadığını yoxlamaq qərarına gəlib.

1992-ci ildə qəbul olunmuş və hər iki ölkə tərəfindən qəbul edilib, ratifikasiya edilmiş Kimyəvi Silahlar Konvensiyasına əsasən, kimyəvi silahların inkişafı, istehsalı, toplanması və daşınması qadağan edilib və mövcud olan kimyəvi silahların məhvi məsələsi öz əksini tapıb. 1997-ci ildə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı yaradılıb və həm Ukrayna, həm də Rusiya təşkilata üzv olub.

İddiaların əksinə, ABŞ SSRİ-nin dağılmasının ardından 1990-cı illərdə Ukrayna da daxil olmaqla ölkələrdə geridə qalmış bioloji silahların riskini azaltmaq üçün “Bioloji Təhlükənin Azaldılması Proqramını” qurmuş və bu proqram çərçivəsində bəzi laboratoriyalara modernləşdirmə və avadanlıq üçün maliyyə dəstəyi verib. Bununla belə, dəstək göstərilmiş laboratoriyalar ABŞ tərəfindən deyil, yerli səviyyədə idarə olunmuşdur. ABŞ Müdafiə Nazirliyi 2005-ci ildən Ukraynanın Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edərək ölkənin ictimai səhiyyə laboratoriyalarını təkmilləşdirmək üçün texniki dəstək verir və ABŞ-ın Ukraynadakı səfirliyinin məlumatına görə, “dünyanın ən təhlükəli yoluxucu xəstəliklərinin yayılması (qəsdən, təsadüfi və ya təbii) təhlükəsinə qarşı çıxmaq üçün tərəfdaş ölkələrlə işləyir”.

İddialarda adı keçən “Metabiota” Nathan Wolfe tərəfindən yaradılmış ABŞ şirkətidir və onun ilkin funksiyası ixtisaslı kadrların seçilməsində biolaboratoriyalara kömək etməkdir. Hazırda şirkət müştərilərə üç əsas xidmət təklif edir: 

1) İnsanlar və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasının monitorinqi; 

2) Xəstəliklərə daha yaxşı nəzarət strategiyalarının işlənib hazırlanmasına köməklik; 

3) Biotəhlükəsizliyi, müşahidənin keyfiyyətini, xəstəliklərə nəzarəti və s. yaxşılaşdırmaq üçün tədqiqat mərkəzləri ilə məsləhətləşmələr.

Şirkət 2017-ci ilə qədər Ukraynadakı əməliyyatlara yalnız 307 min dollar ayırıb, bundan sonra şirkət Ukraynadakı fəaliyyəti üçün agentlikdən əlavə maliyyə almayıb. Paralel olaraq, “Metabiota” Rosemont Seneca Technology Partners (RSTP) şirkətindən aldığı maliyyə ilə Ukraynada tulyaremiya və Sibir xorasının təhlükələri ilə bağlı elmi araşdırmalar aparırdı. Tədqiqat şirkətin ümumi məqsədi çərçivəsində aparılıb və məqsəd potensial bioloji təhlükələri ilkin mərhələdə aşkar etmək üçün sistem hazırlamaq idi. Hazırda Metabiota Ukrayna ərazisində fəaliyyət göstərmir.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, iddia anti-qərb dezinformasiyasıdır.

Anti-qərb dezinformasiyası
  • 27 Fevral, 2025
  • 308

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə