logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Etiraz görüntüləri 2024-cü ilin dekabr ayında Misirdə çəkilib

Saxta xəbər: Etiraz görüntüləri 2024-cü ilin dekabr ayında Misirdə çəkilib

Xəbərin qısa icmalı

2024-cü ilin dekabrın 24-də “axar.az” saytının 34 minə yaxın izləyicisi olan teleqram kanalı Misirdə yeni keçirilən etiraz aksiyalarına aid olduğu iddia edilən görüntülər paylaşıb.

- Birinci video yeni deyil. Görüntülər 2019-cu ildə “Ahmed yousef” adlı yutub kanalına yerləşdirilib. Qeyd edilir ki, etirazçılar Misirin paytaxtı Qahirənin şimalında, Damietta şəhərinin mərkəzində, Saa meydanında Sisinin böyük plakatını yıxıblar.

- Sisinin plakatının cırıldığı ikinci video da bundan əvvəl 2019-cu ildə sosial mediada ərəbdilli istifadəçilər tərəfindən paylaşılıb. 

Üçüncü video 2019-cu ildə “X” platformasında,  sonuncu video isə yutubda “Ayham Tube” adlı kanalda paylaşılıb. 

2024-cü ilin dekabrın 24-də “axar.az” saytının 34 minə yaxın izləyicisi olan teleqram kanalı Misirdə yeni keçirilən etiraz aksiyalarına aid olduğu iddia edilən görüntülər paylaşıb.

Skrinşot “axar.az” saytının teleqram kanalından götürülüb.

Eyni video “Baku.Tv”də, “baku.ws” saytının instaqram səhifəsində və bir sıra kiçik teleqram kanallarında yayılıb.

Skrinşot “Baku.Tv”nin saytından götürülüb.

“Yüzlərlə insan küçələrə çıxaraq Prezident Əbdülfəttah əs-Sisinin idarəçiliyinə qarşı narazılığını ifadə edir. Etirazların əsas səbəbləri arasında iqtisadi vəziyyətin ağırlaşması, yüksək korrupsiya səviyyəsi və vətəndaş azadlıqlarının məhdudlaşdırılması göstərilir”, - “Baku.Tv”nin xəbərində belə deyilir.

Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Birinci video yeni deyil. Görüntülər 2019-cu ildə “Ahmed yousef” adlı yutub kanalına yerləşdirilib. Qeyd edilir ki, etirazçılar Misirin paytaxtı Qahirənin şimalında, Damietta şəhərinin mərkəzində, Saa meydanında Sisinin böyük plakatını yıxıblar.

Skrinşot “Ahmed yousef” adlı yutub kanalından götürülüb.

Həmin vaxt “Reuters” agentliyi bildirib ki, Qahirədə və digər şəhərlərdə bir neçə yüz insan küçələrə çıxaraq “Sisi, get!” qışqırıb, korrupsiyaya və prezidentin iqtisadi siyasətinə etiraz edib.

Sisinin plakatının cırıldığı ikinci video da bundan əvvəl 2019-cu ildə sosial mediada ərəbdilli istifadəçilər tərəfindən paylaşılıb. 

Skrinşot “Akhbartaiz” feysbuk səhifəsindən götürülüb.

Üçüncü video 2019-cu ildə “X” platformasında,  sonuncu video isə yutubda “Ayham Tube” adlı kanalda paylaşılıb. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, görüntülərin 2024-ci ildə Misirdə çəkilməsi barədə xəbərlər saxtadır.

axar.az” saytının teleqram kanalı

“Baku.Tv”, “Bu ərəb ölkəsi etirazla çalxalanır | Xalq Prezidentin etdiyinə görə küçələrə axışdı

 “baku.ws” saytının instaqram səhifəsi

Hərbi-Siyasi Baxış – HSB” teleqram kanalı

Ahmed yousef” yutub kanalı

“reuters.com”, “Egypt on edge after first anti-Sisi protest for years

Akhbartaiz” feysbuk səhifəsi

“brkaq8” adlı “X” istifadəçisi

“Ayham Tube” yutub kanalı

Saxta xəbər
  • 21 Yanvar, 2025
  • 25

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə