logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Məsud Pezeşkian ailəsi ilə birlikdə “Traktor”un qələbəsini qeyd edib

Saxta xəbər: Məsud Pezeşkian ailəsi ilə birlikdə “Traktor”un qələbəsini qeyd edib

Xəbərin qısa icmalı

“Traktor” futbol klubunun qələbəsindən sonra “oxu.az”ın 40 mindən çox, “Baku TV”nin 32 mindən çox izləyicisi olan teleqram kanalı İran Prezidenti Məsud Pezeşkianın fotosunu paylaşaraq qeyd edib ki, Prezident qələbəni qeyd edib.

- Fotoda Pezeşkian ailəsi ilə birlikdə görünür və masanın üzərində “Traktor” klubunun loqosu olan tort var. Ancaq foto yeni deyil. Araşdırma zamanı məlum olub ki, fotonu 2022-ci ildə Pezeşkianın oğlu Mehdi Pezeşkian özünün instaqram hesabında paylaşıbPaylaşımdan məlum olur ki, görüntü Pezeşkianın nəvəsinin ad günündə çəkilib.

Təbriz şəhərini təmsil edən “Traktor” futbol klubu mayın 2-də Qəzvin şəhərində “Şəms Azar” komandasını məğlub edərək ilk dəfə İran Fars Körfəzi Peşəkar Liqasının çempionu olub

“Traktor”un qələbəsindən sonra “oxu.az”ın 40 mindən çox, “Baku TV”nin 32 mindən çox izləyicisi olan teleqram kanalı İran Prezidenti Məsud Pezeşkianın fotosunu paylaşaraq qeyd edib ki, Prezident qələbəni qeyd edib.

Skrinşot “oxu.az”ın teleqram kanalından götürülüb

“İran Prezidenti Məsud Pezeşkian ailəsi ilə birgə “Traktor”un çempionluğunu qeyd ediblər”, - “oxu.az”ın paylaşımında belə deyilir.

Eyni foto on minlərlə izləyicisi olan “axar.az”, “Operativ Məlumat Mərkəzi”, “Şəbəkə”, “musavat.com”, “Alioglu” və digər teleqram kanallarında, həmçinin “musavat.com”, “moderator.az” saytlarında, “teleqraf.com” saytının instaqramfeysbuk səhifələrində geniş yayılıb.

Skrinşot “teleqraf.com” saytının feysbuk səhifəsindən götürülüb.

Fakt Yoxla” xəbərin doğru olub-olmadığını yoxlayıb.

Fotoda Pezeşkian ailəsi ilə birlikdə görünür və masanın üzərində “Traktor” klubunun loqosu olan tort var. Ancaq foto yeni deyil. Araşdırma zamanı məlum olub ki, fotonu 2022-ci ildə Pezeşkianın oğlu Mehdi Pezeşkian özünün instaqram hesabında paylaşıb

Skrinşot Mehdi Pezeşkianın instaqram səhifəsindən götürülüb

Paylaşımdan məlum olur ki, görüntü Pezeşkianın nəvəsinin ad günündə çəkilib.

Fakt Yoxla”nın gəldiyi qənaətə görə, fotonun Pezeşkianın “Traktor”un qələbəsini qeyd etməsinə aid olması barədə xəbərlər saxtadır.

Saxta xəbər
  • 12 May, 2025
  • 27

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə