Bu iddianı bu il avqustun 20-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi (9:19-9:28-ci saniyələr) zamanı TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
“Worldinonedata.org”-un statistikasına əsasən, açıqlamanın verildiyi 20 avqusta qədər dünyada 4,91 milyard doza peyvənd vurulub.
Həmin tarixə qədər dünya əhalisinin 24 faizi tam doza peyvənd, 8 faizi isə 1-ci doza peyvənd qəbul edib. Bu da təqribən 2,4 milyard insanın ən az bir doza peyvənd qəbul etməsi deməkdir. Təkcə Hindistan və ABŞ-da vurulan peyvənd dozalarının cəmi 933 milyondur.
“Fakt Yoxla” nın gəldiyi qənaətə görə, TƏBİB rəsmisi Yaqut Qarayevanın açıqlaması yanlışdır.