logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

VƏD: 2020-ci ildə Azərbaycanda külək enerjisi üzrə istehsal gücü 350 MVt, günəş enerjisi üzrə 50 MVt, bioenerji üzrə 20 MVt-yə çatdırılacaq

VƏD: 2020-ci ildə Azərbaycanda külək enerjisi üzrə istehsal gücü 350 MVt, günəş enerjisi üzrə 50 MVt, bioenerji üzrə 20 MVt-yə çatdırılacaq

Xəbərin qısa icmalı

“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”  sənədinə görə, 2020-ci ildə Azərbaycanda külək enerjisi üzrə istehsal gücü 350 MVt, günəş enerjisi üzrə 50 MVt, bioenerji üzrə 20 MVt-yə çatdırılmalı idi.  

- Hökumət 2020-ci ildə ölkədə külək enerjisinin istehsal gücünün 350 MVt olacağını vəd etsə də, cəmi 66 MVt istehsal gücü yaradıb. Günəş enerjisi üzrə həmin göstərici 50 MVt vədinə qarşı 35.1 MVt, bionerji üzrə isə 20 MVt vədinə qarşı cəmi 1 MVt-yə bərabər olub. 

Ölkə prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”  sənədində alternativ enerji üzrə hədəf göstəriciləri də yer almışdı. Sənədə görə, 2020-ci ildə Azərbaycanda külək enerjisi üzrə istehsal gücü 350 MVt, günəş enerjisi üzrə 50 MVt, bioenerji üzrə 20 MVt-yə çatdırılmalı idi.  

“Fakt Yoxla” vədin yerinə yetirilib-yetirilmədiyini araşdırıb.

Cədvəl: 2017-2020-ci illərdə Azərbaycanda alternativ enerjinin istehsal gücü üzrə göstəricilər (MVt)

Cədvəldən göründüyü kimi, hökumət 2020-ci ildə ölkədə külək enerjisinin istehsal gücünün 350 MVt olacağını vəd etsə də, cəmi 66 MVt istehsal gücü yaradıb. Günəş enerjisi üzrə həmin göstərici 50 MVt vədinə qarşı 35.1 MVt, bionerji üzrə isə 20 MVt vədinə qarşı cəmi 1 MVt-yə bərabər olub. 

“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət vədi yerinə yetirməyib.

Vəd tutulmayıb
  • 28 İyun, 2023
  • 3674

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə