logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Rüfət Quliyev: “Ermənistan iqtisadiyyatının 75-80%-i Rusiyadan asılıdır”

Rüfət Quliyev: “Ermənistan iqtisadiyyatının 75-80%-i Rusiyadan asılıdır”

Xəbərin qısa icmalı

Milli Məclisin deputatı Rüfət Quliyev deyib ki, Ermənistan iqtisadiyyatının indi hətta 75-80%-i Rusiyadan asılıdır.

- 2022-ci ildə Ermənistanın ümumid ixracı 5,4 mlrd., ümumi idxalı isə 8,8 mlrd. ABŞ dolları təşkil edib. Rusiyanın burada payı müvafiq olaraq 2,37 mlrd. və 2,62 mlrd. olub.

- Başqa sözlə, Ermənistanın məhsul ixrac və idxal etdiyi ölkələr arasında Rusiyanın xüsusi çəkisi müvafiq olaraq 45% və 31% -dir. Həmçinin, ümumilikdə Ermənistanın ticarət dövriyyəsində Rusiyanın rolu 35% təşkil edib. 

- BMT-nin “Ermənistan: İnkişaf Maliyyəsinin Qiymətləndirilməsi” adlı 2021-ci ildə dərc olunan hesabatında bildirilib ki, Ermənistanın Birbaşa Xarici İnvestisiya (FDI) ehtiyatının 42%-i Rusiyanın payına düşüb. 

2020-ci ilin göstəricisinə əsasən, Ermənistan Rusiyadan 228 milyon ABŞ dolları dəyərində xidmət idxal edib. Bu isə Ermənistanın ümumi xidmət idxalının 26,7%-nin Rusiyaya aid olduğunu göstərir. 

- 2022-ci ildə Ermənistana ümumi pul köçürmələri 5,190 mlrd. ABŞ dolları olub ki, bunun da 3,6 mlrd.-ı Rusiyanın payına düşüb. Başqa sözlə Ermənistana pul köçürmələrinin 69%-i Rusiyadan daxil olub.

“Ermənistan iqtisadiyyatının indi hətta 75-80%-i Rusiyadan asılıdır”.

Bunu “Pravda.az”-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

2022-ci ildə Ermənistanın ümumid ixracı 5,4 mlrd., ümumi idxalı isə 8,8 mlrd. ABŞ dolları təşkil edib. Rusiyanın burada payı müvafiq olaraq 2,37 mlrd. və 2,62 mlrd. olub.

Başqa sözlə, Ermənistanın məhsul ixrac və idxal etdiyi ölkələr arasında Rusiyanın xüsusi çəkisi müvafiq olaraq 45% və 31% -dir. Həmçinin, ümumilikdə Ermənistanın ticarət dövriyyəsində Rusiyanın rolu 35% təşkil edib. Bu isə deputatın iddiada səsləndirdiyi göstəricidən 2 dəfədən də azdır.

BMT-nin “Ermənistan: İnkişaf Maliyyəsinin Qiymətləndirilməsi” adlı 2021-ci ildə dərc olunan hesabatına görə, Ermənistanın xarici dövlətlərdən aldığı kreditlərin cəmi 7,7%-i Rusiyanın payına düşüb (səh. 32). Həmin hesabatda bildirilib ki, Ermənistanın Birbaşa Xarici İnvestisiya (FDI) ehtiyatının 42%-i Rusiyanın payına düşüb (səh.80). 

2020-ci ilin göstəricisinə əsasən, Ermənistan Rusiyadan 228 milyon ABŞ dolları dəyərində xidmət idxal edib. Bu isə Ermənistanın ümumi xidmət idxalının 26,7%-nin Rusiyaya aid olduğunu göstərir. 

2022-ci ildə Ermənistana ümumi pul köçürmələri 5,190 mlrd. ABŞ dolları olub ki, bunun da 3,6 mlrd.-ı Rusiyanın payına düşüb. Başqa sözlə Ermənistana pul köçürmələrinin 69%-i Rusiyadan daxil olub.

Beləliklə, yuxarıda verilən məlumatlardan da göründüyü kimi, ölkənin iqtisadi asılılığını xarakterizə edən ən mühüm göstəricilərin heç biri üzrə Ermənistan iqtisadiyyatının Rusiyadan asılılıq səviyyəsi 75-80% təşkil etməyib. Həmin  göstəricilərdən ən yüksəyi pul köçürmələri üzrə olub ki, bu da 69% təşkil edib.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 9 Oktyabr, 2023
  • 1281

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə