Milli Məclisin deputatı Pərvanə Bayramova Ermənistanın ən çox məhsul ixrac etdiyi ölkənin Rusiya olduğunu iddia edib. “Ermənistan hazırda Aİ-dən müxtəlif sahələr üzrə texnoloji və maliyyə yardımları alsa da, onun əsas ixrac bazarı Rusiya olaraq qalır”, -deyə o, bildirib.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.
Ermənistanın İqtisadiyyat Nazirliyinin statistik göstəricilərinə əsasən, 2024-cü ildə Ermənistanın əsas ixrac bazarı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. BƏƏ-yə ixrac ümumilikdə 5,25 milyard ABŞ dolları təşkil etməklə Ermənistanın ümumi ixracının təxminən 40,1%-ni təşkil edib. Bundan əvvəlki illərdə isə ölkənin ixrac bazarları arasında liderliyi Rusiya edib.
Ermənistanın BƏƏ-yə ixrac etdiyi əsas məhsullar arasında qiymətli metallar və daşlar, xüsusilə emal olunmamış və ya yarı-emal olunmuş qızıl ön plandadır. Bu ticarət dinamikası həm də Ermənistanın son illərdə qiymətli metallarla bağlı ixrac sahəsini genişləndirməsi və bu məhsullar üçün yeni bazarların axtarışı ilə əlaqələndirilir.
BƏƏ ilə yanaşı, Ermənistanın digər əsas ixrac tərəfdaşları aşağıdakılardır:
Bu dörd ölkə birlikdə Ermənistanın ümumi ixracının 86,1%-ni təşkil edir. 2024-cü ilin yanvar-dekabr aylarında ixrac əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 milyard ABŞ dolları və ya 53,1% artaraq 13 milyard ABŞ dolları təşkil edib.
Beləliklə, əvvəlki illərdə Rusiya Ermənistanın ixracında ilk yeri tutsa da, artıq 2024-cü ildə bu yeri BƏƏ-yə itirib. Millət vəkili Pərvanə Bayramova isə Rusiyanın hələ də Ermənistanın ixracında lider ölkə olaraq qaldığını iddia edib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Pərvanə Bayramovanın iddiası əsasən yanlışdır.