“Olke.az”ın məlumatına əsasən, Milli Məclisinin deputatı, tibb üzrə elmlər doktoru Rəşad Mahmudov 2026-cı ilin dövlət büdcəsinin müzakirəsi zamanı iddia edib ki, Azərbaycanda səhiyyə sahəsində son 5 ildə xərclər təxminən 400% artıb.
"Fakt Yoxla" iddianın doğru olub-olmadığını yoxlayıb.
Azərbaycanda səhiyyə sahəsinə ayrılan xərclər 2023-cü ilə qədər dövlət büdcəsindən, 2023-cü ildən isə dövlət büdcəsi ilə yanaşı, icbari tibbi sığorta fondu tərəfindən maliyyələşdirilib:
Mənbə: e-qanun.az
Qrafikdən də göründüyü kimi Azərbaycanda səhiyyəyə ayrılan xərclər son beş ildə 400% yox, cəmi 155% artıb.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputat Rəşad Mahmudovun iddiası yanlışdır.