logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

İlham Əliyev: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik"

İlham Əliyev: “Biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik"

Xəbərin qısa icmalı

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham ƏliyevBiz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik” deyə qeyd edib.

2023-cü ilin hesabat dövrü ərzində sənayenin məhsulları üzrə istehsal göstəricilərinin idxal göstəricilərindən çox aşağı olduğu və bu sahələrin önəmli ölçüdə idxaldan asılı olduğu görünür.  Həmçinin ağır sənaye sahələrində də xarici idxaldan asılılıq mövcuddur. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021, 20222023-cü illərin hesabat dövrləri ərzində qara metallar və ondan hazırlanan məmulatlar sahələrində idxal və ixrac göstəricilərinə yer verilib. 

- Son üç il ərzində Azərbaycan iqtisadiyyatının qara metallurgiya kimi ağır sənaye sahəsində hər il idxal göstəriciləri artır, ixrac göstəriciləri isə azalır. İdxalın həcminin hər il ardıcıl olaraq artması daxili istehsalın yetərsiz olması və göstərilən sahələr üzrə xaricdən asılılığın artdığını deməyə əsas verir.

- 2023-cü il ərzində kənd təsərrüfatı sahəsində məhsulların əhəmiyyyətli hissəsi xaricdən idxal olunur. Nəticədə, bu məhsullar üzrə istehsal göstəricilərinin daxili tələbatı tam şəkildə qarşılaya bilmədiyi aydın olur.

- İnvestisiya və xidmət sahələrində də Azərbaycan iqtisadiyyatının xarici faktorlardan asılı olduğu müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının hesabatlarına əsasən, 2021, 20222023-cü il üzrə xaricdən ölkəyə cəlb edilmiş birbaşa investiyaların həcmi artıb.

-2021, 2022 və 2023-cü illər ərzində iqtisadiyyata yönəldilən ümumi investisiyanın həcmində xarici və daxili investisiya arasında yaxınlıq da diqqət çəkir. Qeyd olunan illər üzrə göstəricilər Azərbaycan iqtisadiyatının xarici investisiyadan asılılıq dərəcəsini bariz şəkildə əks etdirir.

-2021, 2022 və 2023-cü il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcminin yüksək olduğu və hər il bu göstəricilərin daha da artdığı müşahidə edilir.

-Qeyd edilən məlumatlar Azərbaycanın saneye istehsalının bir sıra sahələrində xarici idxaldan böyük ölçüdə və ya 50% həcmində asılı olduğunu, həmçinin idxal həcminin son illərdə artan tendensiya ilə davam etdiyini göstərir. O cümlədən xarici investisiyadan, texnologiya və xidmətlər üzrə xaricdən asılılığın yüksək olduğu da nəzərə çarpır. 

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə Prezident İlham ƏliyevBiz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik” deyə qeyd edib. 

Fakt Yoxla” bu açıqlamanın doğruluğunu yoxlayıb. 

İlkin olaraq qeyd edilməlidir ki, “iqtisadi asılılıq” anlayışına yanaşmalar müxtəlif olsa da, o ilk növbədə bir dövlətin ticarət əlaqələri, ixracdan və idxaldan asılılığın həcminin böyüklüyü ilə əlaqələndirilir. Bu göstəricilərə sənaye və iqtisadiyyatın digər sahələri ilə bağlı ixrac/idxal məhsullar ilə yanaşı investisiya və xidmət sahələri də daxildir. 

Aşağıdakı cədvəldə Dövlət Statistika Komitəsinin sənaye sahəsi üzrə “Əsas malların idxalının dinamikası” və “Sənaye məhsullarının ən mühüm növlərinin natura ifadəsində istehsalı” barədə məlumatları verilib. Bu məlumatlara əsasən, bir sıra məhsulların 2023-cü il ərzindəki istehsal və idxal göstəricilərinin müqayisəsi aparılıb, idxaldan asılılıq göstəriciləri qeyd edilib. 

Cədvəl 1: 2023-cü il ərzində sənaye məhsulları üzrə istehsal və idxal göstəriciləri

Mənbə: Dövlət Statistika Komitəsi

Cədvəl məlumatlarına əsasən, 2023-cü ilin hesabat dövrü ərzində sənayenin göstərilən sahələri üzrə istehsal göstəricilərinin idxal göstəricilərindən çox aşağı olduğu və bu sahələrin önəmli ölçüdə idxaldan asılı olduğu görünür.  

Həmçinin ağır sənaye sahələrində də xarici idxaldan asılılıq mövcuddur. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021, 20222023-cü illərin hesabat dövrləri ərzində qara metallar və ondan hazırlanan məmulatlar sahələrində idxal və ixrac göstəricilərinə yer verilib. 

Cədvəl 2: 2021-2023-cü illər ərzində qara metallurgiya üzrə idxal göstəriciləri

 Mənbə: Dövlət Gömrük Komitəsi

Cədvəl 3: 2021-2023-cü illər ərzində qara metallurgiya üzrə ixrac göstəriciləri

Mənbə: Dövlət Gömrük Komitəsi

Hər iki cədvəl məlumatlarına əsasən, son üç il ərzində Azərbaycan iqtisadiyyatının qara metallurgiya kimi ağır sənaye sahəsində hər il idxal göstəriciləri artır, ixrac göstəriciləri isə azalır. İdxalın həcminin hər il ardıcıl olaraq artması daxili istehsalın yetərsiz olması və göstərilən sahələr üzrə xaricdən asılılığın artdığını deməyə əsas verir.

Növbəti cədvəldə isə 2023-cü il ərzində kənd təsərrüfatı sahəsində istehsal və idxal göstəricilərinin müqayisəsi aparılıb, idxaldan asılılıq göstəriciləri qeyd edilib. Qeyd olunan məhsulların əhəmiyyyətli hissəsi xaricdən idxal olunur. Nəticədə, bu məhsullar üzrə istehsal göstəricilərinin daxili tələbatı tam şəkildə qarşılaya bilmədiyi aydın olur.

Cədvəl 4: 2023-cü il ərzində bəzi kənd təsərrüfatı məhsullarının istehsal və idxal göstəriciləri

 

Mənbə: Dövlət Statistika Komitəsi

Sənaye və kənd təsərrüfatı sahələri ilə yanaşı, investisiya və xidmət sahələrində də Azərbaycan iqtisadiyyatının xarici faktorlardan asılı olduğu müşahidə olunur. Azərbaycan Mərkəzi Bankının hesabatlarına əsasən, 2021, 20222023-cü il üzrə xaricdən ölkəyə cəlb edilmiş birbaşa investiyaların həcmi artıb. Belə ki, aşağıdakı cədvəldə göstərilən illər üzrə Azərbaycana xaricdən cəlb edilmiş birbaşa investiyaların, həmçinin neft-qaz və qeyri-neft-qaz sektoruna yönəldilmiş birbaşa investisiyaların həcminin müqayisəsi verilib. 

Cədvəl 5: 2021-2023-cü illər ərzində xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Cədvəl 6: 2021-2023-cü illər ərzində xaricdən qeyri-neft-qaz və neft qaz sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Cədvəldən görünür ki, neft-qaz sektoruna hər il davamlı olaraq 4-5 mlrd. dollar xarici investisiyanın cəlb edilib. Həmçinin qeyri-neft sektoruna yönəldilən xarici investisiyanın həcmi də artır. Xarici investisiyanın sadəcə maddi vəsait yox, həmçinin qabaqcıl texnologiya məhsulları və üstün kadr potensialı olduğunu nəzərə alsaq, bu sahədə xarici investisiyadan asılılıq daha aydın şəkildə nəzərə çarpır. 

Dövlət Statistika Komitəsinin məlumatlarında isə 2021, 2022 və 2023-cü illər ərzində iqtisadiyyata yönəldilən ümumi investisiyanın həcmində xarici və daxili investisiya arasında yaxınlıq da diqqət çəkir. Qeyd olunan illər üzrə göstəricilər Azərbaycan iqtisadiyatının xarici investisiyadan asılılıq dərəcəsini bariz şəkildə əks etdirir.

Cədvəl 7: 2021-2023-cü illər ərzində iqtisadiyyata yönəldilən ümumi investisiyanın həcmi

Mənbə: Dövlət Statistika Komitəsi

Həmçinin 2021, 2022 və 2023-cü il üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcminin yüksək olduğu və hər il bu göstəricilərin daha da artdığı müşahidə edilir. Aşağıdakı cədvəldə göstərilən illər üzrə qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə göstərilən xidmətlərin ümumi həcminin müqayisəsi verilib. 

Cədvəl 8: 2021-2023-cü illər ərzində xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi (qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə)

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankı

Qeyd edilən məlumatlar Azərbaycanın saneye istehsalının bir sıra sahələrində xarici idxaldan böyük ölçüdə və ya 50% həcmində asılı olduğunu, həmçinin idxal həcminin son illərdə artan tendensiya ilə davam etdiyini göstərir. O cümlədən xarici investisiyadan, texnologiya və xidmətlər üzrə xaricdən asılılığın yüksək olduğu da nəzərə çarpır. 

Bu məqamda Prezident İlham Əliyevin açıqlamasında qeyd etdiyi məqamların Azərbaycanın xarici dövlət borcunun azalması kontekstində işlədildiyini ehtimal etmək mümkündür. Çünki Azərbaycanın xarici borcunun həqiqətən də 2021-2024-cü illər ərzində neft-qaz sektorundan əldə edilən gəlirlər və valyuta ehtiyatlarının artması nəticəsində azaldığı müşahidə edilir. Belə ki, aşağıdakı cədvəldə Maliyyə Nazirliyinin hesabatlarına əsasən xarici dövlət borcunun illər üzrə müqayisəsi verilib.

 Cədvəl 9: 2021-2024-cü illər ərzində Azərbaycanın xarici borcunun həcmi

Mənbə: Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Lakin xarici borcun hər il azalması, 72.6 mlrd. dollar həcmində xarici valyuta ehtiyatları heç də Azərbaycan iqtisadiyyatının tam müstəqil və heç kimdən asılı olduğunu deməyə əsas vermir. Bütün iqtisadiyyatlar, o cümlədən Azərbaycan iqtisadiyyatı da, bu və ya digər formada xarici amillərdən, dövlətlərdən, iqtisadi qruplardan və Qərb maliyyə institutlarının qərarlarından asılıdır. 2022-ci ilin fevralından etibarən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, həmin sanksiyaların yaratdığı problemlər və ölkənin xarici aktivlərinin dondurulması bu təsirin və asılılığın bariz göstəricisidir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Prezident İlham Əliyevin açıqlaması yanlışdır.

“Apa.az”: “İqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib, Prezident çıxış edib - YENİLƏNİB

“President.az”: “İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib

“Musavat.az”: “Prezident: Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

“Az.trend.az”: “Prezident İlham Əliyev: Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib

“Stat.gov.az”: “Əsas malların idxalının dinamikası

“Stat.gov.az”: “Sənaye məhsullarının ən mühüm növlərinin natura ifadəsində istehsalı

“Stat.gov.az”: “Sosial iqtisaid inkişaf - 2023

“Stat.gov.az”: “İdxalın əmtəə strukturu

“Stat.gov.az”: “İqtisadiayyata yönəldilən investisiyalar

“Fed.az”: “Azərbaycanda buğda istehsalı 2 milyon tona yaxınlaşır

“Customs.gov.az”: “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası – 2021

“Customs.gov.az”: “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası – 2022

“Customs.gov.az”: “Azərbaycan Respublikası Xarici Ticarətinin Gömrük Statistikası – 2023

“Cbar.az”: “2023-cü ilin yekunu üzrə Azərbaycan Respublikasının tədiyyə balansı

“Cbar.az”: “2022-cü ilin yekunu üzrə Azərbaycan Respublikasının tədiyyə balansı

“Cbar.az”: “2021-cü ilin yekunu üzrə Azərbaycan Respublikasının tədiyyə balansı

“Maliyye.gov.az”: “Xarici dövlət borcu haqqında məlumat

“Azertag.az”: “Azərbaycanın strateji valyuta ehtiyatları 72,6 milyard dollara çatıb

“Bbc.com”: “Rusiya iqtisadiyyatı xarici faktorlardan nə dərəcədə asılıdır, sanksiyalar Rusiyaya necə təsir edə bilər?

Fink S., Rempe D., Obermeier A. (2010): “Indicators for economic power and dependence”, University of Bamberg.

Yanlış
  • 25 Oktyabr, 2024
  • 311

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə