logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Elnur Allahverdiyev: “Ukraynadakı müharibə başlayandan bugünədək Rusiyadan qaz və neft ixracı artıb”

Elnur Allahverdiyev: “Ukraynadakı müharibə başlayandan bugünədək Rusiyadan qaz və neft ixracı artıb”

Xəbərin qısa icmalı

-Milli Məclisin Deputatı Elnur Allahverdiyev “Report”a açıqlamasında deyib ki, Avropa Ukraynada müharibə başlayandan bugünədək Rusiyadan qaz və neft ixracını artırıb.

- 2022-ci ilin fevral ayından, yəni müharibədən sonra Rusiyanın Avropaya yanacaq ixracı təqribən 8 dəfə və bunun üçün aldığı ödənişlər təqribən 5 dəfə azalıb

Reuters-in hesablamalarına görə Rusiyanın Avropaya qaz ixracı 2023-cü ildə 56% azalıb.

Milli Məclisin Deputatı Elnur Allahverdiyev “Report”a açıqlamasında deyib ki, Avropa Ukraynada müharibə başlayandan bugünədək Rusiyadan qaz və neft ixracını artırıb.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

Deputat Elnur Allahverdiyevin açıqlaması “Ukraynadakı müharibə başlayandan bugünədək” olduğundan 2022 fevral-2024 fevral tarixləri aralığı araşdırmaya cəlb edilib. 

Avropanın Rusiyadan yanacaq idxalına qrafiklə nəzər saldıqda görünür ki, 2022-ci ilin fevral ayından, yəni müharibədən sonra Rusiyanın Avropaya yanacaq ixracı təqribən 8 dəfə və bunun üçün aldığı ödənişlər təqribən 5 dəfə azalıb

 Avropa İttifaqının Rusiyadan aldığı yanacaq üçün ödədiyi məbləğ, mənbə: russiafossiltracker.com
 

Avropa İttifaqının Rusiyadan aldığı yanacağın miqdarı, mənbə: russiafossiltracker.com

Əlavə olaraq, Reuters-in hesablamalarına görə Rusiyanın Avropaya qaz ixracı 2023-cü ildə 56% azalıb.

“Fakt Yoxla”nın bundan əvvəl də dərc etdiyi yazıda qeyd edilib ki, Aİ müharibə başlayandan sonrakı 1 ildə Rusiyadan aldığı yanacağa görə son 5 ilin ən yüksək məbləğini, yəni 140 milyard ödəyib. Lakin 2023-cü ildə bu məbləğ ən aşağı göstəriciyə düşərək 30 milyard avro olub. 

Başqa sözlə, Ukraynadakı müharibə başlayandan bu günədək Rusiyanın Avropaya qaz və neft ixracı artmayıb, əksinə azalıb. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası əsasən yanlışdır.

Əsasən yanlış
  • 28 Fevral, 2024
  • 1610

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə