logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

VƏD: 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq.

VƏD: 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq.

Xəbərin qısa icmalı

- “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə hökumət bildirmişdi ki, görüləcək tədbirlər nəticəsində 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq. 

- 2020-ci ildə Azərbaycanda 1 milyon 503 min Qkal istilik enerjisi istehsal edilib. Bu, 2019-cu illə (1 milyon 449 min Qkal) müqayisədə 46 min Qkal artım olsa da, hökumətin vəd etdiyi göstəricidən ( 1 milyon 767 min Qkal) 15% aşağı göstəricidir.

Azərbaycan Respublikası prezidentinin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə hökumət 2020-ci ilə qədərki hədəflərini açıqlayıb. Hədəf indikatorlarından biri də istilik enerjisi istehsalı ilə bağlıdır. Hökumət bildirib ki, görüləcək tədbirlər nəticəsində 2020-ci ildə ölkədə istilik enerjisi istehsalı 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılacaq. 

“Fakt Yoxla” hökumətin vədini yerinə yetirib-yetirmədiyini araşdırıb.

Rəsmi açıqlamaya görə, 2020-ci ildə Azərbaycanda 1 milyon 503 min Qkal istilik enerjisi istehsal edilib. Bu, 2019-cu illə (1 milyon 449 min Qkal) müqayisədə 46 min Qkal artım olsa da, hökumətin vəd etdiyi göstəricidən ( 1 milyon 767 min Qkal) 15% aşağı göstəricidir.

“Fakt Yoxla”nın araşdırmasına görə, hökumət 2020-ci ilədək istilik enerjisi istehsalının 1 milyon 767 min Qkal səviyyəsinə çatdırılması ilə bağlı vədini yerinə yetirməyib.

Vəd tutulmayıb
  • 14 Avqust, 2023
  • 7890

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə