logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

İlham Əliyevin yanlış iddiası: Ermənistan ordusunda 12 min nəfər fərari olub

İlham Əliyevin yanlış iddiası: Ermənistan ordusunda 12 min nəfər fərari olub

Foto süni intellekt vasitəsilə hazırlanıb

Xəbərin qısa icmalı

  • Prezident İlham Əliyev iddia edib ki, Ermənistan ordusunda 12 min fərari olub.
  • Rəsmi açıqlamalara görə Ermənistan ordusundan fərarilərin sayı 756 nəfər olub.
  • İddia yanlışdır.

Prezident İlham Əliyev 8 Noyabr 2026-cı ildə Zəfər Günü münasibətilə Xankəndi şəhərində çıxışı zamanı iddia edib ki, müharibə dövründə Ermənistan ordusundan 12 minə yaxın fərari olub:

 “Bir nəfər belə olsun Azərbaycan Ordusundan qaçan, fərarilik edən olmayıb. Halbuki Ermənistan rəhbərliyinin etirafına görə, Ermənistan ordusunda 12 minə yaxın fərari olmuşdur. Bax, fərq bundan ibarətdir.”

Cinayət məcəlləsinin 334-cü maddəsinə əsasən fərarilik hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması yaxud hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmamasıdır.

Azərbaycan ordusundan fərari olanların sayı barədə məlumat tapmaq mümkün olmasa da Ermənistan Prezidenti Nikol Paşinyan Ermənistan ordusundan olan fərarilər barədə məlumat verib. Azərbaycan mediasında da işıqlandırılmış xəbərlərə görə Nikol Paşinyan bildirib ki, Ermənistanda 12600 nəfərə qarşı vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmri yerinə yetirməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə və ya onun fərdi vəzifələrinə xitam vermə, hərbi xidmət keçməkdən boyun qaçırma ilə və digər hallar ilə əlaqədar cinayət işi açılıb. Erməni mediasında da həmin açıqlamalar eyni formada dərc edilib.

Paşinyanın bu açıqlamasından bir neçə ay əvvəl Prezident Nikol Paşinyanın həyat yoldaşı açıqlama verərək Ermənistan 11 min nəfər fərari olduğunu bildirmişdi. Ancaq, Ermənistan prokurorluğunun verdiyi rəsmi məlumata görə fərarilik ittihamı ilə cinayət işi açılan şəxslərin sayı 756 nəfər olub. Bu xəbər həmçinin Azərbaycan mediasında da dərc edilib.

Beləliklə, rəsmi açıqlamalara görə Ermənistan ordusundan fərarilərin sayı 12600 nəfər yox, 756 nəfər olub. Digər cinayət halları fərariliklə bağlı olmayan digər cinayət halları ilə bağlı olub.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə İlham Əliyevin iddiası yanlışdır.

Yanlış
  • 21 noyabr, 2026
  • 12

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə