logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vergi Xidmətinin rəis müavini: “Qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb”

Vergi Xidmətinin rəis müavini: “Qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb”

Xəbərin qısa icmalı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib ki, islahata başlandığı gündən (2019) indiyədək qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb.

- 2019-cu illə (646 min 400 nəfər) müqayisədə, hazırda (807 min 400 nəfər) ölkədə qeyri-neft sektorunun özəl bölməsində çalışanların sayı cəmi 161 min nəfər artıb. Yəni, 2019-cu ildən bəri qeyri-neft sektorunun özəl bölməsində çalışanların sayındakı artım 25 faizə bərabər olub. Həmin dövr ərzində Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1.6 dəfə (60%)  deyil, 25%  artım göstərib.

“2019-cu ildən bəri Azərbaycana muzdlu işdən gəlirlərə tətbiq edilmiş vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı təmin edib”. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib. Rəis müavini əlavə edib ki, islahata başlandığı gündən (2019) indiyədək qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1,6 dəfə artıb.

“Fakt Yoxla” 2019-cu ildən bəri qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayının 1,6 dəfə artıb-artmadığını araşdırıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin 1 yanvar tarixində Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin sayı 667 min 200 nəfər olub. Onlardan 20 min 800 nəfəri mədənçıxarma sənayesində çalışıb. Yəni, 2019-cu ilin əvvəlində ölkədə qeyri-neft sektorunun özəl bölməsində çalışan muzdlu işçilərin sayı 646 min 400 nəfər idi.

Dövlət Statistika Komitəsinin ölkədə muzdlu işçilərlə bağlı sonuncu hesabatı 2023-cü ilin üçüncü rübünün yekunları ilə bağlıdır ki, burada da Azərbaycanda özəl sektorda çalışan muzdlu işçilərin sayının 829 min nəfərə bərabər olduğu bildirilib. Onlardan 21 min 600 nəfəri mədənçıxarma sənayesində çalışdığına görə, ölkədə qeyri-neft sektorunun özəl bölməsində çalışanların sayı 807 min 400 nəfərə bərabər olub.

Bu isə o deməkdir ki, 2019-cu illə (646 min 400 nəfər) müqayisədə, hazırda (807 min 400 nəfər) ölkədə qeyri-neft sektorunun özəl bölməsində çalışanların sayı cəmi 161 min nəfər artıb. Yəni, 2019-cu ildən bəri qeyri-neft sektorunun özəl bölməsində çalışanların sayındakı artım 25 faizə bərabər olub. 

Beləliklə, həmin dövr ərzində Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1.6 dəfə (60%)  deyil, 25%  artım göstərib.

“Fakt Yoxla”nın araşdırmasına görə, 2019-cu ildən bəri Azərbaycanda qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayının 1,6 dəfə artması ilə bağlı iddia yanlışdır.

Yanlış
  • 21 Dekabr, 2023
  • 2949

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə