logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Saxta xəbər: Fələstinli qruplaşmalarla İsrail arasındakı döyüşlərə aid olduğu deyilən görüntülər

Saxta xəbər: Fələstinli qruplaşmalarla İsrail arasındakı döyüşlərə aid olduğu deyilən görüntülər

Xəbərin qısa icmalı

“Telegram”da fəaliyyət göstərən “Hərbi-Siyasi Baxış – HSB” kanalı oktyabrın 28-də Qəzza zolağında Fələstinli qruplaşmalarla İsrail arasında gedən döyüşlərə aid olduğu iddia edilən görüntülər paylaşıb.

- Sözügedən videogörüntülər ilk dəfə 2021-ci ilin may ayında “Youtube”a yerləşdirilib. “Youtube”a yerləşdirilən videoklipin başlığından və altına yazılan şərhlərdən aydın olur ki, görüntülərdəki atışma İraqda iki tayfa arasında baş verir.

“Telegram”da fəaliyyət göstərən “Hərbi-Siyasi Baxış – HSB” kanalı oktyabrın 28-də Qəzza zolağında Fələstinli qruplaşmalarla İsrail arasında gedən döyüşlərə aid olduğu iddia edilən görüntülər paylaşıb. Görüntüləri 900-ə yaxın şəxs izləyib. 

Skrinşot “Hərbi-Siyasi Baxış – HSB” adlı Telegram  hesabından götürülmüşdür.

“Fakt Yoxla” bu görüntülərin doğru olub-olmadığını yoxlayıb.

Oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS qruplaşmasının İsrailə hücumu nəticəsində 1500-dən artıq şəxs həyatını itirib. Bundan sonra İsrail silahlı qüvvələri Qəzza ərazisinə hava zərbələri endirməyə başlayıb. Hava zərbələri 8000-dən çox fələstinlinin ölümünə səbəb olub. Həyatını itirənlərin sayı artmaqdadır. BMT Baş Assambleyası hərbi əməliyyatların dayandırılmasına və atəşkəs elan olunmasına çağıran qətnamə qəbul edib.

“Hərbi-Siyasi Baxış – HSB” kanalının paylaşdığı görüntüləri “Google”da axtararaq sözügedən məlumatın xarici mənbələr tərəfindən də paylaşıldığını müəyyənləşdirdik. Ərəb dilli See News saytı oktyabrın 28-də bildirib ki, bu görüntülər HƏMAS-ın Əl-Qəssam briqadasının İsrail ordusu ilə qarşılaşmasını əks etdirir. Sprinter adlı “X” hesabının paylaşımını isə 308 mindən artıq şəxs izləyib.

Skrinşot Sprinter adlı X hesabından götürülmüşdür.

Araşdırmamız sözügedən videogörüntülərin ilk dəfə 2021-ci ilin may ayında “Youtube”a yerləşdirildiyini üzə çıxardı. “Youtube”a yerləşdirilən videoklipin başlığından və altına yazılan şərhlərdən aydın olur ki, görüntülərdəki atışma İraqda iki tayfa arasında baş verir.

Skrinşot Youtube-dan götürülüb

Eyni görüntülər həmin vaxt aralığında digər mənbələr (1, 2, 3, 4) tərəfindən də paylaşılıb.

Kontekstini tam dəqiqləşdirmək mümkün olmasa da, 2021-ci ilin may ayından internetdə yayılmış videogörüntülərin İsrailin Qəzzaya 2023-cü il oktyabrın 26-da başlayan hücumuna aid olmadığını göstərir.

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, sözügedən videogörüntülərin Fələstinli qruplaşmalarla İsrail arasındakı döyüşlərə aid olması barədə xəbərlər saxtadır.

Saxta
  • 31 Oktyabr, 2023
  • 248

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə