logo logo

Deyilənlərə yox, faktlara inanın

Media

Puşkinin “sən qorxaqsan, sən köləsən, çünki sən ermənisən” ifadəsi barədə

Puşkinin “sən qorxaqsan, sən köləsən, çünki sən ermənisən” ifadəsi barədə

Xəbərin qısa icmalı

  • Puşkinə əsərdə “sən qorxaqsan, sən köləsən, çünki sən ermənisən” ifadəsini işlətməyib. "Çünki" sözü sonradan əlavə edilib.
  • Əsərin orijinalında Puşkin “sən qorxaqsan, sən köləsən, sən ermənisən” ifadəsini işlədib. Əsərdə bu sözləri çərkəz ağsaqqalı öz oğluna çərkəz adət-ənənələrinə uyğun davranmadığı üçün deyir. 
  • Qafqaz dilləri üzrə ixtisaslaşmış, sovet linqvisti Giorgi Turçaninovun fikrincə, Puşkin "erməni" deyərlən milli mənsubluğa istinad etmir.

Dövri olaraq (1, 2, 4) mediada Puşkinə aid edilən “sən qorxaqsan, sən köləsən, çünki sən ermənisən” ifadəsi şairin ermənilərə qarşı mənfi yanaşması kimi qələmə verilir. Bu ifadə ictimaiyyətdə o qədər geniş yayılıb ki, hətta jurnalist Vasif Quliyev bu adda kitab da çap edib:

Skrinşot “Azertag.az” saytından götürülüb.

“Fakt Yoxla” Puşkinin bu ifadəni hansı konteksdə yazdığını araşdırıb.

Bu ifadə Puşkinin sonlandırılmamış “Tazit” poemasındandır. Hər şeydən əvvəl orijinal versiyada əsərdə “çünki” sözü yoxdur, bu hissə sonradan əlavə edilib. 

Poema çərkəz ağsaqqalı Qəsub və oğlu Tazit arasında problemi işiqlandırır. Bu problem vasitəsilə ənənəvi düşüncə ilə yeni düşüncə arasında ziddiyyət göstərilir. 

Poemanın qısa sujeti belədir:

Qəsub ümid edir ki, oğlu Tazit adətlərə uyğun olaraq öldürülmüş qardaşının qisasını alacaq. Bir gün Tazit atını yəhərləyib səfərə çıxır və üç gün sonra geri dönür.

Tazit qayıdandan sonra atası ondan səfəri haqqında soruşur, o isə cavabında erməni tacirlə rastlaşdığını deyir. Atası erməni tacirin tək olduğunu öyrənəndən sonra oğlunu onu soymadığına görə qınayır. 

Tazit ikinci səfərinə çıxır geri qayıdanda atasına onlardan qaçan kölə ilə rastlaşdığını deyir, lakin atasının gözləntisi bu dəfə də doğrulmur. Oğlu köləni geri gətirmir.

Üçüncü səfərinə çıxan Tazit evə qayıdanda atasına qardaşının qatili ilə rastlaşdığını bildirir. Qəsub oğlunun qisas aldığını düşünüb, qatilin başını görmək istəyir. Lakin, Tazit qatilin tək, yaralı və silahsız olduğunu deyir. Oğlunun qisasının alınmadığını başa düşən ata oğlunu lənətləyir və “sən qorxaqsan, sən köləsən, sən ermənisən” ifadəsini işlədir.

Sujetdən də göründüyü kimi, Qəsub ermənilərə qorxaq və qul demir. O, oğlunu qulu evə gətirmədiyi, qardaşının qatilinin başını kəsmədiyi və köməksiz olan ermənini soymadığı üçün qınayır. Yəni, onu öz “ənənələrinə” uyğun davranmadığı üçün qarşılaşdığı insanlara bənzədir. 

Bu ifadənin mənasını izah edənlərdən biri də qafqaz dilləri üzrə ixtisaslaşmış, sovet linqvisti Giorgi Turçaninovdur. “Erməni” dedikdə, linqvistin fikrincə, Puşkin milli mənsubluğa istinad etmir.  Şairin yaşadığı illərdə dərc olunan Semyon Bronevskinin səyahətləri əsasında tərtib etdiyi ikicildlik araşdırmasına əsasən, Şimali Qafqazda ticarət fəaliyyəti ilə əsasən ermənilər məşğul olurdu. Həmin əsərdə qeyd olunur ki, ticarətlə məşğul olmaq Şimali Qafqaz xalqları arasında, eləcə də, bu xalqların mənəviyyatını özündə cəmləşdirən Qəsubun mənəviyyatında, ləyaqətli fəaliyyət növü hesab edilmir.

Analiz
  • 29 Avqust, 2023
  • 1110

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə