logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Vəd: Ümumi daxili məhsulun illik 3%-dən yuxarı artımına nail olunacaq.

Vəd: Ümumi daxili məhsulun illik 3%-dən yuxarı artımına nail olunacaq.

Xəbərin qısa icmalı

2018-ci ildəki Prezident seçkilərindən öncə yayımlanan seçki proqramında İlham Əliyev seçiləcəyi təqdirdə  ümumi daxili məhsulun illik 3%-dən yuxarı artımına nail olacağını vəd etmişdi. 

- Son Prezident seçkilərindən sonra 2019-cu illərdə Azərbaycanda illik ÜDM artımı 3%-dən aşağı olub. 2020-ci ildə pandemiya səbəbi ilə ÜDM-də azalma baş verib. İlham Əliyevin sonuncu Prezident seçkilərindən bəri hakimiyyətdə olduğu beş ilin cəmi ikisində - 2021 və 2022-ci illərdə ölkədə ÜDM artımı 3%-dən yüksək olub.  Hazırda isə, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycanda ÜDM artımı cəmi 0.8 faizdir.

2018-ci ildəki Prezident seçkilərindən öncə yayımlanan seçki proqramında İlham Əliyev seçiləcəyi təqdirdə  ümumi daxili məhsulun illik 3%-dən yuxarı artımına nail olacağını vəd etmişdi. 

“Fakt Yoxla” bu vədin yerinə yetirilib-yetirilmədiyini araşdırıb.

Cədvəl: 2018-2023-cü illərdə Azərbaycanda ÜDM göstəriciləri

 

İlk 11 ay

Cədvəldən göründüyü kimi, son Prezident seçkilərindən sonra 2019-cu illərdə Azərbaycanda illik ÜDM artımı 3%-dən aşağı olub. 2020-ci ildə pandemiya səbəbi ilə ÜDM-də azalma baş verib. İlham Əliyevin sonuncu Prezident seçkilərindən bəri hakimiyyətdə olduğu beş ilin cəmi ikisində - 2021 və 2022-ci illərdə ölkədə ÜDM artımı 3%-dən yüksək olub.  Hazırda isə, 2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycanda ÜDM artımı cəmi 0.8 faizdir.

Onu da nəzərə almaq lazımdır ki, 2021-ci ildıki yüksək artım 2020-ci ildəki kəskin azalmaya nəzərən artımdır.

Onu da qeyd edək ki, Statistika Komitəsinin 2005-ci ilin qiymətlərinə əsasən apardığı hesablamaya görə, 2018-2023-cü illərdə Azərbaycanda ÜDM real olaraq 11%-ə yaxın artıb ki, bu da inflyasiya nəzərə alınmaqla orta hesabla 2% ətrafında nominal artım deməkdir.

“Fakt Yoxla”nın araşdırmasına görə, vəd yerinə yetirilməyib.

“ilhamaliyev2018.az”, Seçki proqramı

“Dövlət Statistika Komitəsi”, ÜDM 2023

“Dövlət Statistika Komitəsi”, ÜDM 2022

“Dövlət Statistika Komitəsi”, ÜDM 2021

“Dövlət Statistika Komitəsi”, ÜDM 2020

“Dövlət Statistika Komitəsi”, ÜDM 2019

“Dövlət Statistika Komitəsi”, ÜDM 2018

Vəd tutulmayıb
  • 20 Dekabr, 2023
  • 674

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə