“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilib. Sənəddə hökumətin 2020-ci ilədək kənd təsərrüfatı sahəsində çatmaq istədiyi hədəflər qeyd edilib. Bunlardan biri süd istehsalı ilə bağlıdır. Bildirilir ki, 2015-ci illə müqayisədə 2020-ci ilədək ölkədə süd istehsalı 30% artacaq.
“Fakt Yoxla” hökumətin bu vədi yerinə yetirib-yetirmədiyini araşdırıb.
Cədvəl 1: 2015-2020-ci illərdə Azərbaycanda süd istehsalı:
Cədvəldən göründüyü kimi, 2015-2020-ci illərdə Azərbaycanda süd istehsalı 1 milyon 925 min tondan, 2 milyon 193 min tona yüksəlib. Bu isə o deməkdir ki, həmin illər ərzində ölkədə süd istehsalı 268 min ton və ya 13.92% artıb.
“Fakt Yoxla”nın araşdırmasına görə, 2020-ci ildə ölkədə süd istehsalının 2015-cı illə müqayisədə 30 faiz artacağı ilə bağlı vədi yerinə yetirilməyib.