logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Elnur Soltanov: “Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17%-i bərpaolunan enerji mənbələrinin payına düşür”

Elnur Soltanov: “Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17%-i bərpaolunan enerji mənbələrinin payına düşür”

Xəbərin qısa icmalı

Energetika nazirinin müavini Elnur Soltanov deyib ki, bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17%-i bərpaolunan enerji mənbələrinin payına düşür. 

- Beynəlxalq Enerji Agentliyinin təsnifatına görə əsas bərpaolunan enerji mənbələrinə günəş, külək və su elektrik stansiyaları, eləcə də bioenerji daxildir.

- Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk səkkiz ayı ərzində Azərbaycanda toplam 19 milyard 245 milyon kvt. saat elektrik enerjisi istehsal edilib. 2023-cü ilin ilk səkkiz ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin 92%-i istilik elektrik stansiyaları, yəni, təbii qaz hesabına istehsal edilib. Eyni dövrdə bərpaolunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisi ümumi istehsal edilən elektrik enerjisinin cəmi 8%-ni təşkil edib. 

“Bu gün Azərbaycanda istehsal edilən elektrik enerjisinin 17%-i bərpaolunan enerji mənbələrinin payına düşür”. Bunu Energetika nazirinin müavini Elnur Soltanov 2-ci Milli Şəhərsalma Forumunda çıxışı zamanı bildirib.

“Fakt Yoxla” Energetika nazirinin müavini Elnur Soltanovun iddiasının doğru olub-olmadığını araşdırıb. 

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyinin təsnifatına görə əsas bərpaolunan enerji mənbələrinə günəş, külək və su elektrik stansiyaları, eləcə də bioenerji daxildir.

Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk səkkiz ayı ərzində Azərbaycanda toplam 19 milyard 245 milyon kvt. saat elektrik enerjisi istehsal edilib.

Cədvəl: 2023-cü ilin ilk 8 ayında Azərbaycanda elektrik enerjisi istehsalı

Cədvəldən göründüyü kimi, 2023-cü ilin ilk səkkiz ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin 92%-i istilik elektrik stansiyaları, yəni, təbii qaz hesabına istehsal edilib. Eyni dövrdə bərpaolunan enerji mənbələri hesabına istehsal edilən elektrik enerjisi ümumi istehsal edilən elektrik enerjisinin cəmi 8%-ni təşkil edib. 

Hazırda Azərbaycanın elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payı 8%-ə bərabərdir ki, bu da nazir müavinin iddiasından iki dəfə aşağı göstəricidir.

“Fakt Yoxla”nın araşdırmasına görə, energetika nazirinin müavini Elnur Soltanovun iddiası yanlışdır.

Yanlış
  • 11 Oktyabr, 2023
  • 1116

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə