logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Əli Məsimli: “Azərbaycanda inflyasiyanın artım tempi MDB-dən yüksəkdir.”

Əli Məsimli: “Azərbaycanda inflyasiyanın artım tempi MDB-dən yüksəkdir.”

Xəbərin qısa icmalı

- Deputat Əli Məsimli bildirib ki, Azərbaycanda inflyasiyanın artım tempi MDB-dən yüksəkdir.

- Rəsmi rəqəmlərə əsasən Azərbaycanda 2022-ci ildə 13,8% inflyasiya olub.

- Azərbaycanda inlyasiyanın artım tempi Moldova istisna olmaqla bütün MDB ölkələrindən yüksəkdir. Belə ki, Moldovada inflyasiyanın artım tempi  23,47% bəndi təşkil edib.

Rəsmi rəqəmlərə əsasən Azərbaycanda 2021-ci ildə 6,66%, 2022-ci ildə isə 13,8% inflyasiya olub. Yəni, inflyasiyanın artım tempi bir ildə 7,14 faiz bəndi təşkil edib. Bu, 2008-ci ildən sonra ən yüksək infliyasiya göstəricisidir.

Milli Məclisdə banklarla bağlı müzakirələr zamanı çıxış edən deputat Əli Məsimli bildirib ki, Azərbaycanda inflyasiyanın artım tempi MDB-dən yüksəkdir.

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb.

MDB ölkələrində inflyasiya

Cədvəldən də göründüyü kimi, Azərbaycanda inlyasiyanın artım tempi Moldova istisna olmaqla bütün MDB ölkələrindən yüksəkdir. Belə ki, Moldovada 2021-ci ildə 5,10% olan inflyasiya, 2022-ci ildə 5 dəfədən çox artıb və 28,57%-ə yüksəlib. Yəni, Moldovada inflyasiyanın artım tempi Azərbaycandan xeyli çox, 23,47% bəndi təşkil edib. Aşağıdakı sxemdən inlyasiyanın artım tempinin müqayisəsi daha aydın nəzərə çarpır.

Skrinşot “statista.com”dan götürülüb.

Beləliklə, Azərbaycanda inflyasiyanın artım tempi Moldova istisna olmaqla bütün MDB ölkələrindən yüksək olub. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, iddia əsasən doğrudur.

Əsasən doğru
  • 28 İyul, 2023
  • 1115

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə