logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Dövlət Turizm Agentliyinin sədri: “Azərbaycanlı turistlərin ölkədaxili səfərlərinin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.”

Dövlət Turizm Agentliyinin sədri: “Azərbaycanlı turistlərin ölkədaxili səfərlərinin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir.”

Xəbərin qısa icmalı

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, quru sərhədlərinin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib.

2020 və 2021-ci illərdə Azərbaycanda daxili turizm səfərlərinin sayı 2019-cu illə müqayisədə kəskin aşağı düşüb. 2022-ci ildə daxili turizm səfərlərinin sayı 2019-cu ildəki göstəricidən 30% geridə qalıb. 2023-cü ilin ilk üç ayı ərzində isə 2019-cu ilin ilk üç ayına nəzərən 7% artıb. 

- 2023-cü ilin ilk üç ayı ərzində daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki ilin eyni dövrü ilə nisbətən bərabər olsa da, əvvəlki üç il ərzində daxili turizm səfərlərinin sayı kəskin aşağı düşüb.

Azərbaycanda koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayından etibarən ölkədə gücləndirilmiş karantin rejimi və qapanma tətbiq olunub. O cümlədən, həmin dövrdən quru sərhədləri bağlı saxlanılır.  2021-ci ilin ortalarından gücləndirilmiş rejim tədricən yumşaldılsa da, quru sərhədləri hələ də bağlıdır. Bəzən daxili turizmin inkişaf etdirilməsi məqsədi ilə sərhədlərin bağlı saxlanıldığı iddia edilir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə bildirib ki, quru sərhədlərinin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib.

"Azərbaycanlı turistlərin ölkədaxili səfərlərinin sayı sərhədlərin açıq olduğu vaxtlardakı qədərdir."

“Fakt Yoxla” Fuad Nağıyevin iddiasının doğru olub-olmadığını yoxlayıb. 

Cədvəl: 2019-2022-ci illərdə Azərbaycanda daxili turizm (istirahət və əyləncə) məqsədi ilə səfərlərin sayı

Göründüyü kimi, 2020 və 2021-ci illərdə Azərbaycanda daxili turizm səfərlərinin sayı 2019-cu illə müqayisədə kəskin aşağı düşüb. 

2022-ci ildə daxili turizm səfərlərinin sayı 2019-cu ildəki göstəricidən 30% geridə qalıb. 

2023-cü ilin ilk üç ayı ərzində isə 2019-cu ilin ilk üç ayına nəzərən 7% artıb. 

Beləliklə, 2023-cü ilin ilk üç ayı ərzində daxili turizm səfərlərinin sayı pandemiyadan öncəki ilin eyni dövrü ilə nisbətən bərabər olsa da, əvvəlki üç il ərzində daxili turizm səfərlərinin sayı kəskin aşağı düşüb.

“Fakt Yoxla”nın araşdırmasına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin iddiası əsasən doğrudur.

“İkisahil.az”, Quru sərhədlərin bağlı olması daxili turizmin artımına ciddi təsir göstərməyib

“Dövlət Statistika Komitəsi”, Daxili turizm 2022

“Dövlət Statistika Komitəsi”, Daxili turizm 2021

“Dövlət Statistika Komitəsi”, Daxili turizm 2020

“Dövlət Statistika Komitəsi”, Daxili turizm 2019

“Dövlət Statistika Komitəsi”, Daxili turizm yanvar-mart 2019

“Dövlət Statistika Komitəsi”, Daxili turizm yanvar-mart 2023

“Nazirlər Kabineti”, Xüsusi karantin rejiminin uzadılması barədə

Əsasən doğru
  • 25 İyul, 2023
  • 1098

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə