logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Deputat: “Azərbaycanda smartfonların qiyməti Avropa və Dubaydan çox bahadır”

Deputat: “Azərbaycanda smartfonların qiyməti Avropa və Dubaydan çox bahadır”

“Azərbaycanda smartfonların qiyməti Avropa və Dubaydan çox bahadır. Qoy telefon ölkəyə gətirilərkən qiyməti 200 dollar artsın, 200 dollar qazansınlar. Birdən-birə 500 dollar qazanıb niyə varlanmaq istəyirlər?”.

Milli Məclisin deputatı Naqif Həmzəyev belə deyib. 

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb. 

Araşdırma zamanı Avropa ölkələrindən İngiltərə, Almaniya, Danimarka, Macarıstan və Rumıniya, həmçinin Dubayda 3 smartfon modeli üzrə (iPhone, Xiaomi və Samsung) müqayisə aparılıb. 

(Mənbələr yazının sonunda göstərilib)

Cədvəldən göründüyü kimi, iPhone 14 markalı smartfonun qiyməti digər ölkələrə nisbətən Azərbaycanda daha bahadır. Bu smartfonun qiyməti Almaniya, Danimarka və Macarıstanda 200 dollar civarında, Rumıniya və BƏƏ-də isə 360 dollardan daha ucuzdur. İngiltərədə isə iPhone 14-ün qiyməti Azərbaycanla müqayisədə 500 dollara yaxın aşağıdır. 

(Mənbələr yazının sonunda göstərilib)

Göründüyü kimi, Xiaomi Redmi 10 markalı smartfonun qiyməti İngiltərə və Rumıniyada Azərbaycana nisbətən 200 manatdan bir az ucuzdur. Almaniya, Macarıstan və Dubayda isə bu fərq 158-194 manat arasıdır. Danimarka ilə Azərbaycandakı qiymətlərdə isə çox fərq olmadığı görünür. Danımarkadakı qiymət Azərbaycandakı qiymətdən yalnız 61 manat daha ucuzdur. Dollarla ifadəsində müqayisə aparılan ölkələrdən heç birində fərq 136 dollardan çox deyil. 

(Mənbələr yazının sonunda göstərilib)

Cədvəldən göründüyü kimi,  Samsung Galaxy Z Flip 4 markalı smartfonun qiyməti Rumıniya və Dubayda Azərbaycana nisbətən 500 dollardan daha ucuzdur. İngiltərədə 200 dollar daha ucuz olduğu halda, Danimarkada Azərbaycana nisbətən 40 dollar daha aşağıdır. Macarıstandakı qiymət isə demək olar ki, Azərbaycandakı qiymətlə eynidir. Yalnız Almaniyada bu smartfonun qiyməti Azərbaycana nisbətən daha bahadır. Belə ki, Azərbaycandakı qiymət Almaniyadan 234 dollardan daha ucuzdur.

Beləliklə, yuxarıdakı müqayisələr göstərir ki, iPhone 14 markalı smartfonun qiyməti Azərbaycanda Avropa və Dubaya nisbətən bahadır. Lakin iddiada səsləndirilən 500 dollarlıq fərq yalnız İngiltərədəki qiymətlərdə ortaya çıxır. Xiaomi Redmi 10 markalı smartfonun qiyməti də Azərbaycanda digər ölkələrə nisbətən daha bahadır. Lakin aradakı fərq iddiada səsləndirilən qədər deyil. Samsung Galaxy Z Flip 4 markalı smartfonun qiymət müqayisəsində isə müxtəlif nəticələr ortaya çıxıb. İngiltərə, Dubay və Ruminiyadakı qiymətlər daha ucuz olduğu halda, Danimarkadakı bir az ucuz, demək olar ki, Azərbaycanla eynilik təşkil edir. Lakin Almaniyadakı qiymət Azərbaycana nisbətən daha bahadır. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, deputatın iddiası doğrudur

“apa.az”, Naqif Həmzəyev: Azərbaycanda smartfonların qiyməti Avropadan çox bahadır - VİDEO

Azərbaycan, iPhone 14

Azərbaycan, Xiaomi Redmi 10

Azərbaycan, Samsung Galaxy Z Flip 4

İngiltərə, iPhone 14

İngiltərə, Xiaomi Redmi 10

İngiltərə, Samsung Galaxy Z Flip 4

Almaniya, iPhone 14

Almaniya, Xiaomi Redmi 10

Almaniya, Samsung Galaxy Z Flip 4

 Danimarka iPhone 14

 Danimarka, Xiaomi Redmi 10

 Danimarka, Samsung Galaxy Z Flip 4

 Macarıstan, iPhone 14

 Macarıstan, Xiaomi Redmi 10

 Macarıstan, Samsung Galaxy Z Flip 4

 Rumıniya, iPhone 14

 Rumıniya, Xiaomi Redmi 10

 Rumıniya, Samsung Galaxy Z Flip 4

 Dubay, iPhone 14

 Dubay, Xiaomi Redmi 10

 Dubay, Samsung Galaxy Z Flip 4

Doğru
  • 4 Yanvar, 2023
  • 5265

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə