logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Cənubi Qafqaz ölkələrindəki avtobus sürücülərinin maaşları ilə bağlı iddia

Cənubi Qafqaz ölkələrindəki avtobus sürücülərinin maaşları ilə bağlı iddia

Xəbərin qısa icmalı

- “Avtobus sürücüləri Gürcüstanda 1023 avro; Ermənistanda 589-929 avro arası; Azərbaycanda 483-537 avro maaş alır”. Bunu Azadlıq qəzeti feysbuk səhifəsində (Facebook) paylaşıb.

- “BakuBus” MMC-nin rəsmi saytına əsasən, avtobus sürücülərinin maaşı 900-1000 manat arası təşkil edir. Digər şirkət “Xaliq Faiqoğlu”nun sürücü vakansiyasında isə 700-800 azn əməkhaqqı təklif edilir. Yəni, avro ifadəsində Azərbaycanda avtobus sürücüləri təxminən 379-539 avro aralığında maaş alır.

- Ermənistandakı “Yerevan Bus” QSC-nin direktoru Hovhannes Manukyanın məlumatına əsasən, Ermənistandakı sürücülərin maaşları 1 avqust 2023-cü ildə artırılaraq 300 min - 420 min drama çatdırılıb. (Əlavə mənbə: 1, 2) Avro ilə ifadədə bu maaş təxminən 680-953 avro təşkil edir.

- Gürcüstanda sürücülərin aldığı maaşlar isə həm Azərbaycan, həm də Ermənistandakı həmkarlarının aldıqları maaşa nisbətən yüksəkdir. Belə ki, Tbilisi meri Kaxa Kaladzenin açıqlamasına əsasən, avtobus sürücülüyü vakansiyası üçün rəsmi maaş 2500-3000 lari təşkil edir. Bu isə avro ilə ifadədə 858-1030 avroya bərabərdir.

“Avtobus sürücüləri Gürcüstanda 1023 avro; Ermənistanda 589-929 avro arası; Azərbaycanda 483-537 avro maaş alır”.

Bunu Azadlıq qəzeti feysbuk səhifəsində (Facebook) paylaşıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

İctimai nəqliyyat sahəsində sərnişinlərin səyahətini təşkil edən “BakuBus” MMC-nin rəsmi saytına əsasən, avtobus sürücülərinin maaşı 900-1000 manat arası təşkil edir. Digər şirkət “Xaliq Faiqoğlu”nun sürücü vakansiyasında isə 700-800 azn əməkhaqqı təklif edilir. Yəni, avro ifadəsində Azərbaycanda avtobus sürücüləri təxminən 379-539 avro aralığında maaş alır.

Ermənistandakı avtobus sürücülərinin maaşları Azərbaycandakı həmkarlarının maaşlarına nisbətən daha yüksəkdir. Belə ki, “Yerevan Bus” QSC-nin direktoru Hovhannes Manukyanın məlumatına əsasən, Ermənistandakı sürücülərin maaşları 1 avqust 2023-cü ildə artırılaraq 300 min - 420 min drama çatdırılıb. (Əlavə mənbə: 1, 2) Avro ilə ifadədə bu maaş təxminən 680-953 avro təşkil edir. Qeyd edək ki, artımdan öncəki maaş aralığı 250 min – 350 min (567-794 avro) təşkil edirdi.

Gürcüstanda sürücülərin aldığı maaşlar isə həm Azərbaycan, həm də Ermənistandakı həmkarlarının aldıqları maaşa nisbətən yüksəkdir. Belə ki, Tbilisi  meri Kaxa Kaladzenin açıqlamasına əsasən, avtobus sürücülüyü vakansiyası üçün rəsmi maaş 2500-3000 lari təşkil edir. Bu isə avro ilə ifadədə 858-1030 avroya bərabərdir. (Əlavə mənbə: 1)Azadlıq qəzetinin iddiasında Gürcüstandakı avtobus sürücülərinin maaşının yalnız yuxarı həddi bildirilib, aşağı həddi isə qeyd edilməyib. 

Beləliklə, Cənubi Qafqaz ölkələri arasında Azərbaycandakı avtobus sürücüləri qonşu ölkələrdəki həmkarlarından daha az maaş alır. 

“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, saytın iddiası doğrudur.

Doğru
  • 5 Fevral, 2024
  • 2854

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə