logo logo

Believe in facts, not what has been said

Coronavirus

Şahmar Mövsümovun vaksin iddiası

Şahmar Mövsümovun vaksin iddiası

Foto "APA"dan götürülüb.

Prezidentin köməkçisi Şahmar Mövsümovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faiz ətrafında olsa da, inkişaf etməkdə olan ölkələrin bir çoxunda heç 10 faizə çatmayıb.

Mövsümov bu nisbəti “vaksin millətçiliyi” ilə əsaslandırıb.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını  araşdırıb.

Oksford Universiteti dünya ölkələrində “Covid-19” əleyhinə vaksinləşdirmə faizlərini hesablayan və daimi olaraq yenilənən “Our World in Data” adlı statistik layihə yaradıb. 

Bu statistikaya görə, hazırda dünyada əhalisinin 10 faizindən azı bir doza vaksin qəbul etmiş 35 ölkə var. 41 ölkədə isə əhalinin 10 faizindən azı vaksinin hər iki dozasını qəbul edib. Hər iki statistikaya daxil olan ölkələr BMT tərəfindən ən az inkişaf etmiş dövlətlər kimi tanınıb. 

İnkişaf etməkdə olan ölkələr arasında isə ümumi əhalinin ən az vaksinləşdirildiyi ölkə birinci doza 18, ikinci doza 11 faiz olmaqla İraqdır. 

Azərbaycan da inkişaf etməkdə olan dövlətlər sırasındadır. Oksford Universitetinin statistikasına əsasən, Azərbaycanda əhalinin 50 faizi bir, 45 faizi isə hər iki doza vaksini qəbul edib. Əhalinin 7,4 faizi isə üçüncü doza vaksini qəbul edib.

Şahmar Mövsümov inkişaf etməkdə olan ölkələrin bir çoxunda vaksinasiyanın 10 faizə çatmadığını bildirsə də, statistik göstəricilər bunun əksini sübut edir. Ümumilikdə isə, əhalisinin 10 faizindən azı vaksinləşdirilmiş ölkələr BMT tərəfindən ən az inkişaf etmiş ölkələr kimi tanınırlar.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Şahmar Mövsümovun iddiası əsasən yanlışdır.

Oxu.az: Şahmar Mövsümov: “Vaksin millətçiliyi ədalətsiz yanaşmadır” https://oxu.az/politics/543372

nytimes.com: “Tracking Coronavirus Vaccinations Around the World” https://www.nytimes.com/interactive/2021/world/covid-vaccinations-tracker.html

UNCTAD.org: “UN list of least developed countries” https://unctad.org/topic/least-developed-countries/list

Mostly false
  • 8 December, 2021
  • 2633

Share this article

Check own fact
Contact us