logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

Məşhur Məmmədov: “İnflyasiya 10 faizdən yüksək deyil”

Məşhur Məmmədov: “İnflyasiya 10 faizdən yüksək deyil”

“Bu il ərzində əmək haqqı orta hesabla 20 faiz artıb, inflyasiya da 10 faizdən yüksək deyil”.

Bunu Milli Məclisin deputatı  Məşhur Məmmədov “abzas.org”a açıqlamasında bildirib.

“Fakt Yoxla” bu iddianın doğru olub-olmadığını yoxlayıb.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı ən son məlumata görə, illik inflyasiya 13.9 faiz olub. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 113.9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117.3 faiz, qeyri-ərzaq məhsulları üzrə 112.2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110.6 faiz təşkil edib. Qeyd edək ki, 2022-ci ilin sonuna ölkədə qeydə alınan inflyasiya göstəricisi də 13.9 faizə bərabər olmuşdu.

Azərbaycanda istehlak qiymətləri indeksi (inflyasiya)

Cədvəldən də görünür ki, Azərbaycanda inflyasiya 2022-ci ilin yanvarından etibarən 10 faizdən yüksəkdir və ardıcıl 14 aydır ki ikirəqəmli həddədir.

Müstəqil iqtisadçıların alternativ hesablamaları ölkədə inflyasiyanın real səviyyəsinin hökumətin açıqladığı iki rəqəmli göstəricidən daha da yüksək olduğunu göstərir. Burada əsas məqam inflyasiyanın ölçülməsində istifadə edilən səbətin tərkibi ilə bağlıdır. Belə ki, hazırda DSK-nın istifadə etdiyi metodologiyada ərzaq məhsullarındakı inflyasiyanın ölçülməsi üçün təxminən 130 adda fərqli ərzaq məhsulunun orta bazar qiyməti əsas götürülür. 

Lakin bəzi hallarda bu məhsulların bir hissəsi heç də əhalinin qida rasionunda geniş yer tutan məhsullardan ibarət olmur. Bu baxımdan, əhalinin qida rasionunda daha çox yer tutan məhsullardan ibarət daha dar tərkibli səbətlər əsas alındıqda qiymət artımlarının daha yüksək olduğu üzə çıxır.

Cədvəldən göründüyü kimi, son 1 ildə ölkədə ən çox bahalanan 20 ərzaq məhsulun orta bazar qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20-95 faiz aralığında bahalaşıb.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Məşhur Məmmədovun iddiası yalandır.

“abzas.org”, Qiymət artımları əhalinin gəlirlərinə uyğundurmu?

“Dövlət Statistika Komitəsi”, İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında

“Bakı Araşdırmalar İnstitutu”, Qiymətlər əhalinin qazanclarından nə qədər sürətlə artır?

“Dövlət Statistika Komitəsi”, Qiymət indeksləri

Yalan
  • 3 Aprel, 2023
  • 4352

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə