“Azərbaycan Gürcüstanda birinci və ya ikinci ən böyük investor, yaxud birinci və ya ikinci ən böyük vergi ödəyicisidir. Mən birinci və ikinci deyirəm, çünki bir il Türkiyə olur, bir il Azərbaycan”.
Prezident İlham Əliyev Fransanın “Fiqaro” qəzetinə verdiyi müsahibədə belə deyib.
“Fakt Yoxla” prezidentin iddiasının doğru olub-olmadığını yoxlayıb.
Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, Azərbaycanın bu ölkəyə davamlı investisiya yatırması 2003-cü ildən etibarən müşahidə olunur. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, neft-qaz kəmərləri ilə bağlı böyük infrastruktur layihələrinin inşası zamanı Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların miqdarında ciddi artım müşahidə edilib. Bu, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin (2003-2006) və ya Trans-Anadolu qaz boru kəmərinin (2014-2018) inşası zamanı baş verib.
Türkiyə Gürcüstana 1997-ci ildən etibarən davamlı investisiyalar yatırsa da, 2006-cı ildən başlayaraq investisiya məbləğinin həcmində ciddi artım qeydə alınıb. Ümumilikdə, 2003-2019-cu illərdə Azərbaycan Gürcüstana 2 milyard 801 milyon dollar, Türkiyə isə 1 milyard 720 milyon dollar həcmində investisiya yatırıb.
Azərbaycan |
Türkiyə |
|||
İnvestisiya məbləği | Ümumidə payı | İnvestisiya məbləği | Ümumidə payı | |
2003 |
27.481,7 |
8,20% |
16.673,8 |
4,9% |
2004 |
66.883,6 |
13,60% |
33.326,0 |
6,7% |
2005 |
64.704,4 |
14,20% |
21.519,9 |
4,7% |
2006 |
71.021,0 |
6,00% |
126.790,3 |
10,8% |
2007 |
19.766,9 |
1,10% |
79.510,2 |
4,5% |
2008 |
23.371,9 |
1,50% |
167.403,1 |
10,6% |
2009 |
29.923,3 |
4,5% |
97.984,2 |
14,7% |
2010 |
62.859,6 |
7,3% |
91.786,5 |
10,6% |
2011 |
69.454,6 |
6,1% |
77.708,8 |
6,9% |
2012 |
61.287,4 |
5,8% |
107.222,4 |
10,2% |
2013 |
84.620,4 |
8,1% |
51.433,8 |
4,9% |
2014 |
340.549,8 |
18,5% |
72.306,0 |
3,9% |
2015 |
581.739,1 |
33,7% |
74.893,8 |
4,3% |
2016 |
555.138,2 |
33,6% |
220.272,2 |
13,3% |
2017 |
460.499,0 |
23,3% |
256.215,3 |
13,0% |
2018 |
246.384,7 |
18,9% |
49.909,1 |
3,8% |
2019 |
35.788,9 |
2,7% |
175.319,2 |
13,4% |
Azərbaycan və Türkiyənin ardıcıl olaraq Gürcüstanın ən böyük birinci və ikinci investoru olması ilə bağlı iddiaya gəlincə isə, 2003-2019-cu illəri əhatə edən məlumatlardan görünür ki, son 16 ilin nəticələrinə görə, Azərbaycan Gürcüstanda ən böyük investisiya portfelinə malik olan ölkədir.
2003-2019-cu illərdə Gürcüstana ümumilikdə ən çox investisiya yatıran ölkələr:
Ölkə | Məbləğ (min dollar) | |
1 | Azərbaycan | 2.801.474 |
2 | Hollandiya | 2.357.320 |
3 | Birləşmiş Krallıq | 2.313.596 |
4 | Türkiyə | 1.720.274 |
5 | ABŞ | 1.322.712 |
6 | BƏƏ | 1.102.055 |
7 | Çexiya | 807.191 |
8 | Rusiya | 754.954 |
Cədvəldən göründüyü kimi, 16 ilin nəticələrinə əsasən, Gürcüstanda formalaşmış xarici investisiya portfelində ilk yer Azərbaycana məxsusdur. Məlumat üçün deyək ki, Hollandiya və Birləşmiş Krallıq ilk 3-lüyü qapadır. Türkiyə isə investisiyaların məcmu həcminə görə 4-cü yerdə qərarlaşıb.
Azərbaycan və Türkiyənin Gürcüstanda ən çox vergi ödəyən ölkələr olması ilə bağlı araşdırmanın nəticələri isə aşağıdakı kimidir.
SOCAR (DRDNŞ)-ın Gürcüstandakı törəməsi olan “SOCAR Energy Georgia” şirkəti son illərdə dəfələrlə ölkədə ən çox vergi ödəyən şirkət seçilib.
Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf naziri açıqlamasında Gürcüstanda 700-ə yaxın Azərbaycan şirkətinin fəaliyyət göstərdiyini bildirib. Türkiyə tərəfi isə, qeyd edir ki, Gürcüstanda kapitalı 1 milyon dollardan çox olan 27 türk şirkəti ilə yanaşı, həm də 500-dən çox kiçik və orta sahibkarlıq subyekti fəaliyyət göstərir. Ancaq Gürcüstan tərəfi vergi ödəyən şirkətlərin məxsus olduqları ölkələr üzrə göstəriciləri açıqlamadığı üçün, Azərbaycan və Türkiyənin Gürcüstanda ən çox vergi ödəyən ölkələr olması ilə bağlı iddianı araşdırmaq mümkün deyil.
Beləliklə, İlham Əliyevin Azərbaycanın Gürcüstana ən çox investisiya qoyan və ən böyük məbləğdə vergi ödəyən birinci ölkə olması ilə bağlı iddiası əsasən doğrudur.