logo logo

Deyilənlərə yox, faktlara inanın

İnsan hüquqları

Deputatın yalan iddiası: Azərbaycanda siyasi məhbus yoxdur

Deputatın yalan iddiası: Azərbaycanda siyasi məhbus yoxdur

Foto süni intellektlə hazırlanıb

Xəbərin qısa icmalı

  • Deputat Samir Vəliyev iddia edib ki, Azərbaycanda siyasi məhbus yoxdur.
  • Həm yerli, həm də beynəlxalq müstəqil təşkilatların, beynəlxalq siyasi institutların hesabatları və açıqlamaları göstərir ki, Azərbaycanda siyasi məhbus var.
  • İddia yalandır.

Deputat Samir Vəliyev iddia edib ki, Azərbaycanda siyasi məhbus yoxdur:
“Əslində, bu iddia cəfəngiyyatdan başqa bir şey deyil. Çünki ölkəmizdə siyasi məhbus yoxdur. Avropadakı məlum qüvvələr ona görə Ə.Kərimlinin adını öz siyahlarında ona görə yazır ki, AXCP sədri onların əlaltısıdır və antiazərbaycançı mərkəzlərin maraqlarını təmsil edir. Ə.Kərimlinin həbsinə gəlincə, konkret ittihamlar və sübutlar var.”

Azərbaycan müstəqil beynəlxalq təşkilatları tərəfindən insan haqlarının ən kobud pozulduğu ölkələr sırasındadır. “Freedom House” təşkilatının məlumatına görə Azərbaycanda son 5 ildə azadlıqlar 100 üzərindən 6-9 arasında qiymətləndirilir:


Foto süni intellekt vasitəsilə hazırlanıb

Azərbaycanda insan haqları və azadlıqlarının neqativ qiymətləndirilməsinin səbəblərindən biri də, şübhəsiz ki, tənqidi fikirli şəxslərin siyasi motivlərlə həbs edilməsidir. Avropa Şurası Parlament Assembleyasının tərifinə görə bir şəxs aşağıdakı hallarda siyasi məhbus sayılır:

  1. Saxlanılma Avropa İnsan Haqları Konvensiyasının və protokollarının pozulması ilə baş veribsə;
  2. Saxlanılma heç bir qanun pozuntusu olmadan sadəcə siyasi motivlər səbəbindən olubsa;
  3. Siyasi səbəblərə görə saxlanılan şəxsin saxlanma müddəti və şəraiti ittiham olunduğu cinayətə proporsional deyilsə;
  4. Siyasi səbəblərə görə digər şəxslərlə müqayisədə diskriminativ rəftarla üzləşibsə;
  5. Saxlanılma açıq şəkildə ədalətsiz prosedurların nəticəsində baş veribsə və bu hal siyasi motivlərə görə baş veribsə.

Həm beynəlxalq insan haqları təşkilatlarının, həm beynəlxalq siyasi institutların, həm də müstəqil yerli insan haqları təşkilatlarının rəsmi hesabatlarında, açıqlamalarında aydın şəkildə göstərilir ki, Azərbaycanda yüzlərlə siyasi məhbus var.

5 Oktyabr 2026-cı ildə Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın dərc etdiyi hesabata görə Azərbaycanda 322 siyasi məhbus olub. Bu siyahıya jurnalistlər və bloqerlər, hüquq müdafiəçiləri, müxalif partiya və vətəndaş cəmiyyətin üzvləri, dindarlar və başqa qruplar daxildir.

Avropa Şurası Parlament Assembleyası da qəbul etdiyi qətnamələrdə Azərbaycanda siyasi məhbusların olduğunu, vətəndaşların siyasi fikirlərinə görə həbs olunduğu qeyd edilir. 2026-cı ilin iyununda Assembleyanın qəbul etdiyi qətnaməyə görə Azərbaycanda 328 siyasi məhbus olub. Bu səbəbdən Assembleya Azərbaycan hökumətindən siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edib.

Beynəlxalq insan haqları təşkilatları da mütəmadi olaraq Azərbaycanda siyasi həbslərin baş verdiyini bildirən xəbərlər, hesabatlar dərc edirlər.

Beləkiklə, Azərbaycanda siyasi məhbusların olması bütün etibarlı və müstəqil aktorlar tərəfindən qəbul edilmiş təkzibedilməz faktdır.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə iddia yalandır.

 

Yalan
  • 15 noyabr, 2026
  • 63

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə