logo logo

Deyilənlərə yox, faktlara inanın

İqtisadiyyat

“Xalq qəzeti”: “9 ayda neft-qaz sektorunda ÜDM ikiqat artıb”

“Xalq qəzeti”: “9 ayda neft-qaz sektorunda ÜDM ikiqat artıb”

Xəbərin qısa icmalı

Oktyabrın 25-də “Xalq” qəzeti “9 ayda neft-qaz sektorunda ÜDM (ümumdaxili məhsul) ikiqat artıb” başlıqlı məqalə yayımlayıb. Məqalədə qeyd edilir ki, “Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM neft-qaz sektorunda cari ilin yanvar–sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 98,5 faiz artaraq 34 milyard 647 milyon manat olub”.

- Dövlət Statistika Komitəsinin hesabatına (səh. 14) görə, 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanda neft-qaz sektoru üzrə ÜDM  47 milyard 868 milyon manata bərabər olub. 2023-cü ilin ilk doqquz ayı ərzində isə həmin göstərici 27.6 faiz azalaraq 34 milyard 647 milyon manata bərabər olub. 

DSK-nın 2023-cü illin ilk doqquz ayı ilə bağlı açıqladığı göstəricilərə görə, bu müddət ərzində ölkədə neft-qaz sektorunda real ÜDM 1.5 faiz azalıb. 

Oktyabrın 25-də “Xalq” qəzeti “9 ayda neft-qaz sektorunda ÜDM (ümumdaxili məhsul) ikiqat artıb” başlıqlı məqalə yayımlayıb. Məqalədə qeyd edilir ki, “Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM neft-qaz sektorunda cari ilin yanvar–sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 98,5 faiz artaraq 34 milyard 647 milyon manat olub”.

 

“Fakt Yoxla” iddianın doğru olub-olmadığını araşdırıb.

Qeyd edək ki, ümumdaxili məhsul (ÜDM)  iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir.

Dövlət Statistika Komitəsinin hesabatına (səh. 14) görə, 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanda neft-qaz sektoru üzrə ÜDM  47 milyard 868 milyon manata bərabər olub. 2023-cü ilin ilk doqquz ayı ərzində isə həmin göstərici 27.6 faiz azalaraq 34 milyard 647 milyon manata bərabər olub. 

Ancaq, nəzərə almaq lazımdır ki, ÜDM-in ötən illərlə müqayisəsi nominal deyil, real rəqəmlərə əsasən aparılır. Çünki, müqayisə zamanı qiymətlərin artmasının və ya azalmasının ÜDM-ə təsirini nəzərə almaq lazım gəlir.

Nominal ÜDM mövcud qiymətləri, real ÜDM isə bazis dövrün qiymətlərilə istehsal olunmuş əmtəə və xidmətlərin ümumi dəyərini əks etdirir. Qiymətlərin dəyişməsinin ÜDM-ə təsirini neytrallaşdırmaq üçün statistika orqanı “ÜDM deflyatoru” adlanan göstəricidən istifadə edir. Bu göstəricinin tətbiqi nəticəsində əldə olunan real ÜDM–in göstəricisi istehsalın real artımının ölçülməsi üçün istifadə edilir. Dövlət Statistika Komitəsi ÜDM-nin dinamikasını məhz real ÜDM metodu əsasında açıqlayır. 

DSK-nın 2023-cü illin ilk doqquz ayı ilə bağlı açıqladığı göstəricilərə görə, bu müddət ərzində ölkədə neft-qaz sektorunda real ÜDM 1.5 faiz azalıb. 

Bir sözlə, cari ilin ilk doqquz ayında ölkənin neft-qaz sektorunda ÜDM 1.5 faiz azalıb.

Onu da qeyd edək ki, qeyd edilən yazıda həmçinin ayrıca olaraq bildirilir ki, “iqtisadiyyatın neft-qaz sektorunda isə əlavə dəyər 1,5 faiz azalıb”. Yazıda ÜDM və əlavə dəyər ayrı-ayrı anlayışlar olaraq nəzərdən keçirilsə də, bunlar eyni mənanı daşıyır. Bu baxımdan, ilin ilk doqquz ayında neft-qaz sektorunda əlavə dəyərin 1,5 faiz azalması doğrudur, lakin qəzet ÜDM-in 98,5 faiz artdığını qeyd etməklə səhvə yol verib.

“Fakt Yoxla”nın araşdırmasına görə, “Xalq qəzeti”nin iddiası yanlışdır.

Yanlış
  • 30 Oktyabr, 2023
  • 1525

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə